Məzmun Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır.

Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir.

Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır.

Festivallar və mükafatlar 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Nazim Abbas Ssenari müəllifi: Nazim Abbas Operator: Seyfulla Bədəlov Səs rejissoru: Adil Bəbirov

Kateqoriya:1968-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri Kateqoriya:Musiqili filmlər