Xaləddin Cəlal oğlu İbrahimli () — tarix elmləri doktoru, siyasətçi.

Həyatı 1958-ci il sent­yabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub.

1974-1978-ci il­lərdə Azərbaycan Dövlət Pedaqoji İns­titu­tunun tarix fakültəsində təhsil alıb.

X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliy­yətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.

1992-1993-cü illərdə "Yeni Müsavat" qəze­tinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin ye­ni­dən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş re­daktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jur­na­lının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qaf­qazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jur­nalın 8 Qaf­qaz cümhuriyyətində redaksi­yaları qurul­muş­dur.

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları

Siyasi fəaliyyəti Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranma­sın­da yaxından iştirak etmiş, bu birliyin fəallarından ol­muşdur. "Bor­çalı" cəmiyyətinin yaradıcılarından biri olmuş­dur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Mü­savat Partiyasının bərpasına qoşulub, təşkilatın Azər­baycan­da bər­paçılarındandır.

1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tə­na­süd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıra­la­rı­na daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkə­zinin rəhbəri seçilmişdir.

Əsərləri Dərs və tədris-metodiki vəsaitlər Politologiya (interaktiv dərs materialları) Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s. Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh. Beynəlxalq münasibətlər nəzəriyyəsi(tədris proqramı və metodikası)). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.

Kitabları Azərbaycan Siyasi Mühacirəti (1918 – 1991). Bakı, Elm, 1996. 304 səh. Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh. Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 str. 260 Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.

Müştərək müəlliflərlə çap olunan kitablari Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, "Прогресс-Традиция"-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə) Borçalı: dünən, bu gün, sabah. Bakı, "Adiloğlu" nəşriyyatı, 2010. (G. Hacıbəyli və K. Ramazanlı ilə birgə)

İstinadlar