Şair Balaşərif oğlu Alxasov () — Qusar Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Siyasi fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2024-cü il tarixli Sərəncamına əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Ləzgiəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Qusar Rayon İcra Hakimiyyətinin başçıları