Ambrozio Kontarini (; ) — Venesiya taciri və diplomatı.
Həyatı thumb|upright|Viaggio al signor Usun Hassan re di Persia, 1487 Zadəgan ailəsindən olan Kontarini 1463-cü ildə Osmanlı-Venesiya müharibəsi başlayana kimi Osmanlı dövlətinin paytaxtı İstanbulda ticarətlə məşğul olmuşdur. Müharibə Venesiya Respublikasını Osmanlıya qarşı böyük bir ittifaq formalaşdırmağa məcbur etdi. Bu məqsədlə 1474-cü ildə Ambrozio Kontarini Uzun Həsənlə diplomatik əlaqələr qurmaq üçün Ağqoyunlu dövlətinə göndərildi. Kontarini Mərkəzi Avropadan keçməklə 1474-cü ilin avqustunda Təbrizə, oktyabrda isə İsfahana gəldi. Kontarini səmimi bir şəkildə qəbul olunsa da, Uzun Həsən Osmanlıya qarşı ittifaqa razılıq vermədi. Kontarini 1477-ci ildə Venesiyaya qyıdır və "İrana səyahət" () adlı xatirələrini yazır.
Həmçinin bax İosafat Barbaro
İstinadlar
Mənbə
Xarici keçidlər Ambrogio Contarini. Il Viazo del clarissimo Messer Ambrosio Contarini Ambasciator della Illustrissima Signoria di Venetia al Signor Vxuncassan Re de Persia
Kateqoriya:Diplomatlar Kateqoriya:Venesiya diplomatları Kateqoriya:İtaliya diplomatları Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:İtaliya səfirləri