Yaşar Cəlal oğlu Şamilov () — AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti (2000–2015). Azərbaycanın Əməkdar Məşqçisi (1989).

Həyatı Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Laçın rayonunda orta məktəbi bitirib. 3 il hərbi xidmətdə olduqdan sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1981-ci ildə bitirib.

Fəaliyyəti Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad" daha sonralar “Xəzər” komandasının rəisi vəzifəsində çalışıb.

1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.

Üç qız övladı var. Nəvəsi Bəybalayev Vüqar “ Bakı” futbol klubunun futbolçusudu.

Yaşar Şamilov 3 yanvar 2015-ci ildə vəfat edib.

İstinadlar

Xarici keçidlər http://www.youtube.com/watch?v=cKG0JTc3i9I "Laçın yurdu",№ 4(4), Bakı, "Bəxtiyar-4", 2012.

Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları