Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən).
Həyatı Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur.
Təhsili 1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.
Fəaliyyəti 1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir.
Ailəlidir, 2 övladı var.
İstinadlar
Kateqoriya:Gəncə Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Polkovniklər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanın yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri Kateqoriya:Azərbaycan vəkilləri