Fransua Jerar Jorj Nikola Olland (; d. 12 avqust 1954 Autorité BnF , Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb.
Həyatı Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür.
İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
1988-ci ildə ilk dəfə Fransa parlamentinin aşağı palatasına seçilib. 2001-2008-ci illərdə Tül şəhərinin meri olub.
1997-ci ildən yenidən Fransa parlamentinin üzvüdür.
Ailəsi
Fransua Olland heç vaxt rəsmən ailə qurmayıb. 28 il sosialist siyasətçi Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Hazırda Fransua Olland özündən 10 yaş kiçik olan jurnalist Valeri Triyerveylerlə vətəndaş nikahındadır.
Xarici keçidlər
Official page at the French National Assembly Official website Sego’s love rival named by website François Hollande, 11 années à la tête du Parti Socialiste, Politique.net Michael C. Behrent (Sister Republic),"Socialism of Adjustment: François Hollande"
İstinadlar
Kateqoriya:Fransa prezidentləri Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Fransa sosialistləri Kateqoriya:HEC Paris məzunları Kateqoriya:Fransız ateistlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Siyasi Araşdırmalar İnstitutunun müəllimləri (Paris) Kateqoriya:Fransa Milli Məclisinin deputatları