Bud-çanaq oynağı () — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, və sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — bağlanmışdır. Bu dodaq oynaq çuxurunu daha artıq dərinləşdirir və nəticədə sirkə kasasının dairəsi yarım kürədən artıq olur. Bud sümüyünün başı sirkə kasasına uyğun gəlir və oynaq səthi kürənin 2/3 hissəsini təşkil edir. bud başı çuxurcuğundan başqa tamamilə gialin qığırdaqla örtülü olur.
Bud-çanaq oynağının yaratdığı hərəkətlər: frontal ox boyu — açma və bükmə; sagital ox boyu — yaxınlaşdırma və uzaqlaşdırma; üfüqi ox boyunca — pronasiya və supinasiya kürəşəkilli oynaq olduğu üçün ona imkan verən dairəvi fırlanma () hərəkəti
Bağları
Mənbə Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971
Kateqoriya:Aşağı ətrafın anatomiyası Kateqoriya:Oynaqlar