Ramiz Qəni oğlu Yediyarov () — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2012–2018).
Həyatı Ramiz Yediyarov 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. 1983-cü ildə Şəki şəhər orta məktəbini bitirib.
1984-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir. 1984–1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Ailəlidir, 3 övladı vardır.
Fəaliyyəti Əmək fəaliyyətinə 1990-cı ildə Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı kimi başlamış, 1995–1997-ci illərdə Şəki rayonu C. Cabbarlı adına kolxozda mühasib işləmişdir.
Ramiz Yediyarov 1997-ci ildən vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2008–2012-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini və 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir.
2012–2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Gədəbəy Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Vedibasarda doğulanlar Kateqoriya:Ermənistan azərbaycanlıları