Əsgərov İlham Elxan oğlu — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluş hissə müdiri, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2015).
Həyatı
İlham Elxanoğlu 1976-cı ildə anadan olmuşdur.
Teatr səhnəsində qoyulan bir sıra tamaşaların rəssamı olan İlham Elxanoğlunun rejissor kimi ilk işi 2006-cı ildə J.Koktonun "İnsan səsi" əsəri əsasında hazırlanan tamaşa olub. 2007-ci ildə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasına quruluş verib.Səhnə arxasında qalanlar Lalə Azəri, Mədəniyyət.- 2012.- 22 fevral.- S. 10.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Filmoqrafiya 50 ilin sahibi (film, 2012)
İstinadlar
Mənbə Azərbaycan Dövlət Akademik Mili Dram Teatrı
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan teatr rəssamları