thumb|upright=1.35|right|2011–2020-ci illər üçün olan orta qlobal temperaturun 1951–1980-ci illər üçün olan başlanğıc orta göstəricilərlə müqayisəsi (Mənbə: NASA thumb|upright=1.35|right|NASA tərəfindən müşahidə olunan temperatur sənayədən əvvəlki 1850–1900-cü illər orta başlanğıc göstəricilərə qarşı. Sənaye erasında qlobal temperaturların artmasının əsas hərəkətverici qüvvəsi insan fəaliyyətidir. Figure 3.1 panel 2 , Figure 3.3 panel 5 . İqlim dəyişikliyi və ya qlobal istiləşmə — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur.;
İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır.; . İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır.
Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur.; Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır.. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır. Ekosistemlər üzərindəki təsirlərə ətraf mühit dəyişdikcə – xüsusilə mərcan riflərində, dağlarda və Arktikada – bir çox bioloji növün yerdəyişməsi və ya nəslinin kəsilməsi daxildir. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır; onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. Ümumdünya Səhiyyə Təşkilatının 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə hesab etdiyi iqlim dəyişikliyi eyni zamanda daşqın, yoluxucu xəstəliklər və ekstremal istilik riskini də artırır.; : "İqlim dəyişikliyi 21-ci əsrdə qlobal sağlamlığa qarşı yönəlmiş ən böyük təhdiddir. Sağlamlıq işçilərinin indiki və gələcək nəsillər qarşısında vəzifə borcu var. Onlar insanları iqlim dəyişikliyinin təsirlərindən – daha isti hava dalğalarından və digər ekstremal hava hadisələrindən; malyariya, denq qızdırması və vəba kimi yoluxucu xəstəliklərin meydana çıxmasından; malnutrisiyanın təsirlərindən qorumada, eləcə də, ətraf mühit çirklənməsinin səbəb olduğu xərçəng, tənəffüs, ürək-damar və yoluxucu olmayan digər xəstəliklərdən əziyyət çəkən insanların müalicə olunmasında ön cəbhədə yer alırlar." Gələcəkdəki istiləşməni minimuma endirmək cəhdləri uğurlu olsa belə, dəniz səviyyəsinin yüksəlməsi, okean temperaturunun qalxması və okean asidifikasiyası da daxil olmaqla, bir sıra təsirlər əsrlər boyu davam edəcək.
Bu təsirlərin çoxu hazırda təxminən 1,1 °C (2.0 °F) olan istiləşmə səviyyəsində artıq hiss olunur. İstiləşmə 1,5 °C-ə (2,7 °F) qədər artdığından və getdikcə daha da yuxarı qalxdığından, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) bu təsirlərdə əhəmiyyətli artımların proqnozlaşdırıldığını göstərən bir sıra hesabatlar yayımladı. İqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab vermək mümkündür. Mitiqasiya dedikdə, istixana qazı emissiyalarının azaldılması və atmosferdən çıxarılması başa nəzərdə tutulur; bu metodlara külək və günəş kimi az karbonlu enerji mənbələrinin inkişafı və effektiv şəkildə istifadəsi, kömürdən istifadənin tədricən dayandırılması, enerjinin səmərəliliyinin artırılması, meşələrin bərpası və qorunması daxildir. Adaptasiya isə inkişaf etdirilmiş sahil qorunması, fəlakətlər zamanı daha yaxşı idarəçiliyin təşkili və daha dayanıqlı məhsulların inkişafı vasitəsilə faktiki və ya gözlənilən iqlimə uyğunlaşmaqdan ibarətdir. Adaptasiya təklikdə "şiddətli, geniş yayılmış və geriqaytarılmaz" təsirlərin riskinin qarşısını ala bilməz.
Paris Sazişinə əsasən, milllətlər mitiqasiya cəhdləri ilə istiləşməni "2.0 °C-dən (3.6 °F) aşağıda" saxlamaq haqqında razılığa gəldilər. Bu vədlərə baxmayaraq, əsrin sonuna kimi qlobal istiləşmə təxminən 2,8 °C-ə (5.0 °F) çatacaq və hazırkı siyasət istiliyin təqribən 3,0 °C (5.4 °F) olması ilə nəticələnəcək.; . İstiləşmənin 1,5 °C-ə (2.7 °F) qədər məhdudlaşdırılması planı 2030-cu ilə qədər emissiyaların yarıya, 2050-ci ilə qədər isə sıfıra endirildiyi halda baş tuta bilər.; .
Terminologiya 1980-ci illərdən əvvəl, istixana qazlarından doğan istiləşmənin aerozolların səbəb olduğu soyutmaya hakim olub-olmayacağı hələ tam bəlli olmayanda, elm adamları insanların iqlimə olan təsirini ifadə etmək üçün təsadüfi iqlim modifikasiyası terminindən istifadə edirdilər. 1980-ci illərdə qlobal istiləşmə və iqlim dəyişikliyi terminləri ortaya çıxdı; birinci termin sadəcə artmış səth istiliyinə istinad etdiyi halda, ikinci istixana qazlarının iqlimə göstərdiyi bütün təsirləri təsvir edirdi.. NASA-nın iqlim üzrə alimi Ceyms Hansen 1988-ci il ABŞ Senatındakı çıxışında qlobal istiləşmə sözünü işlətdikdən sonra bu, ən məşhur terminə çevrildi., "News reporters gave only a little attention …" . 2000-ci illərdə iqlim dəyişikliyi termini populyarlıq qazandı.. Qlobal istiləşmə dedikdə, adətən Yer kürəsi sisteminin insanlardan qaynaqlanan istiləşməsi nəzərdə tutulsa da, iqlim dəyişikliyi antropogen dəyişiklikdən əlavə, eyni zamanda, təbii dəyişikliklərə də istinad edə bilər.: "when scientists or public leaders talk about global warming these days, they almost always mean human-caused warming"; : "Climate change refers to a change in the state of the climate that can be identified (e.g., by using statistical tests) by changes in the mean and/or the variability of its properties and that persists for an extended period, typically decades or longer. Climate change may be due to natural internal processes or external forcings such as modulations of the solar cycles, volcanic eruptions and persistent anthropogenic changes in the composition of the atmosphere or in land use." Bu iki termin çox vaxt bir-birinin yerinə istifadə olunur.; : "'Climate change' and 'global warming' are often used interchangeably but have distinct meanings. … Global warming refers to the upward temperature trend across the entire Earth since the early 20th century … Climate change refers to a broad range of global phenomena …[which] include the increased temperature trends described by global warming."; : "The terms global warming and climate change can be used interchangeably. Climate change is more accurate scientifically to describe the various effects of greenhouse gases on the world because it includes extreme weather, storms and changes in rainfall patterns, ocean acidification and sea level.".
Bir sıra elm adamları, siyasətçilər və media nümayəndələri iqlim dəyişikliyi haqda danışmaq üçün iqlim böhranı və ya iqlim fövqəladə halı terminlərini mənimsəmiş, qlobal istiləşmə əvəzinə isə qlobal qızma terminindən istifadə etmişdilər.; . The Guardian qəzetinin baş siyasət redaktoru izah etmişdir ki, onlar "bu vacib mövzuda oxucularla açıq şəkildə ünsiyyət qurmaqla bərabər, eyni zamanda, elmi baxımdan da dəqiq olmaq" üçün redaksiyalarında bu sözlərdən istifadə ediblər.; . İngilis dilinin Oksford lüğəti 2019-cu ildə iqlim fövqəladə halı terminini ilin sözü seçdi və terminə "iqlim dəyişikliyini azaltmaq və ya yox etmək və bunun nəticəsində ətraf mühitə dəyəcək geri dönüşü olmayan potensial ziyanın qarşısını almaq üçün təcili tədbirlərin görülməsini zəruri edən vəziyyət" izahını verdi..
Müşahidə olunmuş temperatur artımı
thumb|upright=1.35|right|Son 2000 ildən uzun müddət ərzində ağac halqaları, mərcanlar və buz özəklərindən alınan proksi datalarından istifadə edərək əldə olunmuş qlobal səth temperaturunun rekonstruksiyası göy,. birbaşa müşahidədən əldə olunan nəticələr isə qırmızı rənglə göstərilib. thumb|upright=1.35|NASA datasına əsasən, quru səth temperaturu okean temperaturundan daha sürətlə artır. Sərbəst şəkildə istehsal olunan bir çox instrumental datasetlər göstərir ki, iqlim sistemi qızır; 2009–2018-ci illərdə 0.93 ± 0,07 °C (1.67 ± 0,13 °F) olan istilik sənayedən əvvəlki (1850–1900) göstəricilərə nisbətən artıb.; . Hazırda səth temperaturu hər onillikdə təxminən 0,2 °C (0.36 °F) artır.. 1950-ci ildən etibarən, soyuq gün və gecələrin sayı azalmış, isti gün və gecələrin sayı isə artmışdır.. Tarix boyu Orta əsr istilik anomaliyası və Kiçik Buz əsri kimi istiləşmə və ya soyuma periodları fərqli ərazilərdə eyni vaxtda baş verməmişdi, amma azsaylı regionlarda temperatur 20-ci əsrin sonlarında olduğu qədər qalxmış ola bilər.; . Qlobal istiləşmənin tarixdən öncə Paleosen-Eosen Termik Maksimumu adlı mərhələsi olub. Buna baxmayaraq, müasir dövrdə temperaturda və CO2 konsentrasiyalarında müşahidə olunan artım o qədər sürətli olmuşdur ki, hətta Yer kürəsi tarixində baş verən ani geofiziki hadisələr belə hazırkı göstəricilərə çata bilmir..
18-ci əsrlə 19-cu əsrin ortaları arasında çox az istiləşmə olmuşdu. İqlim proksiləri – iqlim haqda ağaclar və buz özəkləri kimi təbii arxivlərdən alınan informasiya mənbələri – göstərir ki, təbii variasiyalar Sənaye inqilabının ilkin təsirlərini balanslaşdırır.; . Termometr göstəriciləri qlobal miqyas olanda İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 1850–1900-cü illərə aid təməl istinad dövrünü sənayedən öncəki qlobal səth temperaturunun orta göstəricisi kimi qəbul ediblər.
İstiləşməyə dair hava temperaturu ölçmələrindən əldə olunan sübutlar bir sıra başqa müşahidələrlə də gücləndirilir.. Figure 2.5. Güclü yağıntıların tezliyində və intensivliyində, qarın və buzlaqların əriməsində və atmosfer rütubətində artım qeydə alınır.; . Flora və fauna da istiləşməyə uyğun davranış sərgiləyir; məsələn, bitkilər yazda daha tez çiçək açır., p. 99. Digər əsas göstərici yuxarı atmosferin soyumasıdır; bu o deməkdir ki, istixana qazları Yer kürəsinin səthinə yaxın istiliyi tutaraq onların kosmosa yayılmasının qarşısını alır.
İstiləşmə modelləri istixana qazlarının haradan yayılmasından asılı deyil, çünki qazlar planet boyunca yayılmaq üçün uzun müddət mövcud olmağa davam edirlər; buna baxmayaraq, qar və buz üzərində qalan çöküntü Arktik istiləşməyə "öz töhfəsini verir". İnqilabdan əvvəlki perioddan bu yana qlobal orta quru temperaturu qlobal orta səth temperaturundan iki dəfə sürətlə artmışdır.. Bunun səbəbi okeanların buxarlanma nəticəsində daha çox istilik itirdiyindən daha çox istilik tutumunun olmasıdır.. Son 50 ildən çox müddətdə iqlim sistemindəki əlavə enerjinin 90%-dən çoxu okeanda yığılaraq onu qızdırmışdır. Əlavə enerjinin qalan hissəsi buzu əritmiş, qitələri və atmosferi isitmişdir.: "Ocean warming dominates the global energy change inventory. Warming of the ocean accounts for about 93% of the increase in the Earth's energy inventory between 1971 and 2010 (high confidence), with warming of the upper (0 to 700 m) ocean accounting for about 64% of the total.