Üç qız — Rejissor Murad İbrahimbəyovun filmi.

Məzmunu Filmin süjet xəttinin əsasını üç məhəbbət tarixçəsi təşkil edir. Hadisələr Moskvada, Bakıda və Afrikada baş verir, lakin əksər hissələr Azərbaycanın paytaxtı ilə bağlıdır. Komediya janrında çəkilmiş filmdə hadisələr Böyük Vətən müharibəsi illərində, almanların işğal olunmuş əraziləri tərk etdiyi vaxtlarda baş verir.

Festivallar və mükafatlar 1)2007-ci ildə MDB və Baltik ölkələrinin "Yeni Kino. XXI Əsr" kinofestivalı Filmə Qran-Pri Mükafatı verilmişdir. Ən Yaxşı Musiqiyə görə Mükafat verilmişdir. Ən Yaxşı Qadın Roluna görə Mükafat verilmişdir. Ən Yaxşı Kişi Roluna görə Mükafat verilmişdir.

Film haqqında Filmin çəkiliş qrupuna 12 moskvalı, 32 bakılı sənət adamı daxildir. Filmə Azərbaycan 150 milyon manat(köhnə pulla) ayırıb. Film 2007-ci ildə Nika Mükafatlarında "MDB və Baltikyanı dövlətlərin ən yaxşı filmi" nominasiyasında mübarizə aparmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Murad İbrahimbəyov Ssenari müəllifi: Murad İbrahimbəyov, Pavel Finn Prodüserlər: Rüstəm İbrahimbəyov, Olaf Ceykobs, David Şufutinski Quruluşçu operator: Fərhad Məmmədkazin, Vladimir Klimov Montaj edən: Olqa Tkaçenko Quruluşçu rəssam: Rafiq Nəsirov, Rafiz İsmayılov, Aleksandr Şurixin Geyim rəssamı: Tatyana Əmirova Səs: Anatoli Belozerov, Aleksandr Kopeykin, Vladimir Şuster, David Şufutinski, Andrey Molçanov Vizual effektlər: Yevgeni Barulin

Rollarda Joakim Pol Asbök — Şultz Aleksandra Finder — Helqa Sergey Frolov — Poqranzon Murad İbrahimbəyov — Zanzaren Arzu Kadıbakova — Səbinə Ravşana Kurkova — Maya Təranə Ocaqverdiyeva — Pluşa Mixail Politseymako — Maf Zaur Teymurbəyov — Jambo Rasim Cəfərov

Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Rusiya Mədəniyyət Nazirliyi Ulitka Studiyası CPİ Qrup Maksim Qorki Adına Kinostudiya

İstinadlar

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2005-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Detektiv filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:"İbrus" Studiyası Kateqoriya:Rusca filmlər Kateqoriya:Rusiyanın komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Almaniyanın komediya filmləri