İvan Reon (; ) — Uelsli aktyor və musiqiçi. "Misfits" serialında Simon Bellamy roluna görə tanınır. O, həmçinin "Taxt-tac oyunları" serialında Ramsay Bolton obrazını canlandırıb.
Aktyor karyerası İvan Reon 1985-ci ildə anadan olub. Ailədə valideynləri Tomad və Elinirin ikinci oğlu olub. 5 yaşında ailəsi ilə birlikdə Kardiff şəhərinə köçüb. 17 yaşında aktyourluq dərnəyinə yazılıb. Daha sonradan "London musiqi və dram incəsəti akademiyası"-nda oxuyub. 2009-cu ildə Misfits serialında Simon Bellamy rolunu ifa etməyə başlayır. Bu serialda o Robert Şien ilə birlikdə çalışır. Qısa zaman ərzində Misfits böyük populyarlıq qazanır. 6 iyun 2010 tarixində İvan Misfits serialının aktyor heyəti ilə birlikdə BAFTA (British Academy of Film and Television Arts) mükafatına sahib olur. 2009-2011-ci illər ərzində Misfits serialının 3 mövsümündə çəkilən İvan 20 dekabr 2011 tarixində Twitter vasitəsilə dördüncü mövsümdə iştirak etməyəcəyini bildirir. 2011-ci ildə İvan "Golden Nymph" mükafatına "Outstanding Actor - Drama Series" nominasiyasında layiq görülür.
Musiqi karyerası 16 yaşından musiqi ilə məşğul olan İvan aktyorluq karyerasına qədər "The Convictions" musiqi qrupunun solisti olub. 2010-cu ildə İvan öz solo işi olan Tongue Tied EP demo albomunu yazır. 2011-ci ildə Changing Times EP adlı ikinci demo albom buraxılır. Hal-hazırda İvan Reon musiqi karyerası ilə aktiv şəkildə məşğul olur və ilk tam albomu üzərində çalışır. İvan Reon gitara ifa edə bilir.
Mənbə Ivan Reon Facebook-da
Ivan Rheon London Teatr Bazasında Ivan Rheon BBC Uels saytında
Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:XXI əsr aktyorları