Məzmun Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb...
Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir.
Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar.
Festivallar və mükafatlar 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur.
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.
Film haqqında Applikasiya filmidir.
Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.
Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Məhəmməd Füzuli Rejissor: Elçin Hami Axundov (Elçin Hami kimi) Ssenari müəllifi: Dinarə Gərəkməzli, Elçin Haminin iştirakı ilə Quruluşçu rəssam: Gülşən Quliyeva Operator: Vyaçeslav Jestkov Baş animator: Arifə Hatəmi, Rauf Dadaşov Anturaj rəssamı: Hüseyn Cavid İsmayılov Musiqi tərtibatı: İsmayıl Dadaşov Rəssam: Sara Nəzirova, Elman Mirzəyev, Y. Quliyev, Ələkbər Məmmədov Məsləhətçi: Sara Nəzirova Mətnin müəllifi: Sara Nəzirova Səs operatoru: Marat İsgəndərov
Filmi səsləndirənlər Nuriyyə Əhmədova Nizami Musayev Kübra Dadaşova Gülqız Süleymanova Ələkbər Məmmədov Gülçin Qocayeva
Sponsor "Azərkinovideo" İB
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Xarici keçidlər
Kateqoriya:1994-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması