"Mayak" — 2012-ci ildə istehsal olunmuş qısametrajlı Azərbaycan filmi. Filmin rejissoru Fariz Əhmədovdur.

Məzmun Hər şey ayrılıqdan — ərlə arvadın boşanmasından başlayıb. Qadın ikinci dəfə ərə gedib və ögey ata ilə oğulun münasibətləri alınmayıb. Filmdə münasibətlərin bu bucağını qabardılmır, heç buna ehtiyac da yoxdur. Akifin narkomaniyaya qurşanması özü hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən, onun düzgün tərbiyə etmək imkanının olmamasından xəbər verir.

Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə — Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi "ağ ölümün" cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər. Amma insanlardan aralı düşən, kimsəsiz adada tənha həyat tərzi keçirən general reallıq hissini unudub. O, öz "müalicəsi" zamanı ən əsas məqamı yaddan çıxarır — sağalmaq üçün Akif özü bunu istəməlidir.

Cəmi 28 dəqiqəyə sığışdırılan ekran əsərində aktual problemlər qoyulur. Konfliktli vəziyyət, çətin xarakterlərli insanların mübarizəsi ata-oğul xətti ilə inkişaf edir. Akifin atasına münasibəti film boyu yalnız bir ironiya ilə — ona tez-tez "general" deyə müraciət etməsilə müşayiət olunur və tamaşaçı istər-istəməz düşünür: ağırçəkili general titulu belə heç nədən sığortalamır, hərb qanunlarından yaxşı baş çıxaran adam da həyatın labirintlərində aza bilər.

Ümumiyyətlə, filmdə dialoq azdır, hər şeyi görüntü – vizual mənzərə, daha çox mimika və jestlərda ifadə olunan aktyor oyunu deyir. Artıq sözə, uzun-uzadı söhbətlərə ehtiyac qalmır.

Film haqqında Film Fariz Əhmədovun diplom işidir. Film Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran-2011" müsabiqəsinin qalib kinolayihələrindən biridir.

Mükafatlar İpək Yolu Beynəlxalq film festivalının mükafatına layiq görülüb.Cəfərov, Ş. Azərbaycanın iki filmi İpək Yolu Beynəlxalq film festivalının mükafatına layiq görülüb: [quruluşçu rejissor Asif Rüstəmovun “Axınla aşağı” və Fariz Əhmədovun quruluşunda “Mayak” filmi] //Azərbaycan.- 2014.- 28 oktyabr.- S.8.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Esmira Əyyub Quruluşçu rejissor: Fariz Əhmədov Quruluşçu operator: Nizami Abbas Sualtı çəkilişlər: Yuri Varnovski Quruluşçu rəssam: İbrahim Əminov Bəstəkar: Rauf Əliyev Montaj rejissoru: Rövşən Vaqifoğlu Səs rejissoru: Rasim Mehdiyev (RaMZeS) Qrim: Polina Tkoçenko Fotoqraf: Kseniya Diodorova Rejissor assistentləri: Niyazi Hüseynli, Cəbrayıl Ələsgərov Operator assistenti: İsmayıl Qasımov İşıq: Fuad Nuriyev Sürücülər: Emil Orucov, Zaur Kərimov Mühasib: Gülçin Mirzəliyeva Layn prodüser: Yusif Quliyev Kreativ prodüser: Cəmil Quliyev Prodüserlər: Rəşad Qasımov, Rasim Salmanov

Rollarda

Məmməd Səfa – Ənsari Ərtoğrul Kamalov – Akif Gülzar Qurbanova – Akifin anası Elşən Rüstəmov Elçin Əlizadə Polina Tkoçenko Rəhim Haşımov Fuad Nuriyev

Sponsor Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar

Azərbaycan Dövlət Film Fondu Azərbaycan Televiziyası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası "Yurdfilm" kinostudiyası "Rakord" Prodakşn

Çəkilişə kömək edənlər

Elxan Cəfərov Şahin Həsənli Məzahir Haşımov Vüqar Həmidov Aydın Gözəlov Ceyhun Məcidov Nəsir Seyfullayev Seyran Mahmudoğlu Fehruz Şamıyev Yalçın Verdiyev Olqa Şabanova Viktor Naletov Sergey Novik Vasili Şerbakov Şahin Qalabəyov

İstinadlar

Həmçinin bax

Əriyən ada (film, 2013)

Xarici keçid

İzlə

Azərbaycan filmi Moskvadakı festivalda nümayiş olunacaq “Mayak” filmi beynəlxalq kinofestivalda iki mükafat qazanmışdır “Mayak” filmi Moskvada uğur qazanıb Azərbaycanın “Mayak” filmi beynəlxalq kinofestivalda iki mükafat qazanıb Kazanda Müsəlman Film Festivalı İl kino sahəsində əlamətdar hadisələrlə yadda qaldı фильм "Маяк" реж. Ф. Ахмедов Призер МФКФ 2012

Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Azərbaycan qısametrajlı filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın dram filmləri Kateqoriya:Narkotik maddələr haqqında filmlər