Təkərlər üzərində qəlyanaltı (, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir.

Məzmun

Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər. Devidin atası psixiatrik xəstəxanada müalicə olunur və orada bir ispan xanımı ilə evlənmək qərarındadır. Silviya həmin ispan qadınının qızıdır. Silviya oğurluqla anasını müalicə edir. Qardaşlar bu barədə öyrəndikdən sonra Silviyanı öz bizneslərinə dəvət edirlər. Bir müddət sonra Mondal adlı cinayətkara işləyən başkəsənlər Silviyanı və anasını oğurlayırlar. Silviyanın atasının mirası olur və bu mirası qızına həvalə edib. Lakin oğru bandasının başçısı Mondal mirası ələ keçirmək niyyətindədir. Tomas, Devid və detektiv Mobi onları xilas etmək üçün bandanın qəsrinə gəlirlər. Müxtəlif macəralar yaşandıqdan sonra Silviya və anası xilas olur. Filmin sonunda Silviya onlara təşəkkür edir.

Rollarda Ad Rol Ceki Çan Tomas Yuan Byao DevidLora Forner SilviyaSammo Hun Detektiv Mobi Xose Sanço Mondal Benni Urkides Mondalın cangüdənlərindən biri Kit Vitali Mondalın cangüdənlərindən biri

Mükafatlar və nominasiyalar 1985: Honqkonq film mükafatı: 1985: Nominasiya: Ən yaxşı hərəkət horeoqrafiyası

Maraqlı faktlar Benni Urkides ilə Ceki Çan arasında gedən döyüşdə Benni Ceki Çana həqiqi zərbələr endirirdi. Benni aktyorluq sənətini yaxşı bilmirdi. Bu səbəbdən döyüşərkən rinqdə vurduğu möhkəm zərbələri filmdə də işlədirdi.Təkərlər üzərində qəlyanaltı filmindən maraqlı faktlar Imdb.com saytında, Yoxlanılıb: 10 sentyabr 2014 Şpaqa adlı qılınc döyüşündə Mondal rolunu Yuan Byao ifa edir.

İstinadlar

Xarici keçidlər

Təkər üstündə qəlyanaltı Kino-teatr.ru Təkər üstündə qəlyanaltı Ceki Çan Kit Vitali ilə intervyu cityonfire.com

Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:Ceki Çanın filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:1984-cü ilin filmləri