Brahmaputra çayı (), Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır.
Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır, Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur. Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür.
Təxminən uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi , maksimum dərinliyi isə -dir (Sadiyada). Yazda Himalaydakı qarın əriməsi nəticəsində çayda fəlakətli daşqınlar baş verir. Suyun orta axın sürəti 19.800 m³/san olan çayda daşqınlar zamanı bu rəqəm təxminən 100.000 m³/san-ə yüksəlir. Çay eyni zamanda dünyada bor hadisəsinin baş verdiyi nadir çaylardan biridir.
Ərazidə 8.000 m-dən yuxarı olan yeganə zirvə Kançencaqra (8.586 m) olduğundan bura Brahmaputra hövzəsindəki ən yüksək nöqtədir. Çayın yuxarı axını uzun müddət məlum olmamış və yalnız 1884–1886-cı illərdə Yarlunq Tsanqponun başçılıq etdiyi ekspedisiya tərəfindən müəyyən edilmişdir. Buna görə də çayın bu hissəsi tez-tez Tsanqpo-Brahmaputra olaraq adlandırılır.
Çayın aşağı axını isə hindular üçün müqəddəsdir. Hindistan yarımadasındakı bir çox çayın adı qadın adı olduğu halda, yeganə olaraq bu çay kişiyə istinadən belə adlandırılmışdır. Brahmaputra Sanskrit dilində "Brahmanın oğlu" deməkdir.
İstinadlar
Həmçinin bax Qanq
Kateqoriya:Hindistan çayları Kateqoriya:Çin çayları Kateqoriya:Banqladeş çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları