Məzmun Kinolent Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuşdur. Filmdə neftayırma zavodlarında çalışan əmək adamlarının fəaliyyətindən, mütəxəssislərin elmi nailiyyətlərindən danışılır. Qarayev adına Sov. İKP XXII qurultayı adına, habelə Vladimir İliç adına Yeni Bakı Neftayırma zavodları kollektivlərinin nailiyyətləri, əmək qabaqcılları... barədə söhbət gedir.
Film haqqında Film Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov
Sponsor Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyi
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Kateqoriya:Azərbaycan haqqında filmlər Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər