Peloponnes müharibəsi — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.
Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi.
Tarixçilər ənənvi olaraq Peloponnes müharibəsini iki hissəyə bölür. Birinci mərhələdə (Arxidam müharibəsi) spartalılar müntəzəm olaraq Attikaya soxulur, afinalılar isə Peloponnes ətrafında dəniz reydləri edir və öz mütttəfiqləri arasındakı narazılıqları yatırırdılar. Bu mərhələ e.ə. 421-ci ildəki Niki sülhü ilə başa çatdı. Lakin bu sülh Peloponnesdəki toqquşmalara görə uzun sürmədi. E.ə. 415-ci ildə afinalılar Sirakuzaya hücum etmək məqsədilə, Siciliyaya ekspedisiya yolladılar. Hücum afinalıların sarsıdıcı məğlubiyyəti ilə bitdi; ekspedisiya qüvvələri tamamilə məhv edildi. Bu müharibənin son mərhələsi olan Dekeliya və ya İoniya müharibəsi adlanır. Bu dövrdə İrandan böyük yardım alan Sparta qüdrətli donanma yaratdı. Bu da onlara Egey dənizi və İoniyada yerləşmiş, Afinadan asılı olan dövlətlərə yardım göstərməyə, Afinanın qüdrətini tamamilə yox etməyə və afinalıların dənizdəki ağalığına son verməyə imkan verdi. E.ə. 405-cü ildə Eqospotam döyüşündə Afina donanmasının tamamilə məhv edilməsi nəticəsində onların müharibəni davam etdirmək imkanları tamamilə tükəndi və Afina sonrakı il təslim oldu.
Mənbələr right|200px|thumb|Fukidid.
Peloponnes müharibəsi — hadisələrin şahidlərinin çoxsaylı xatirələr qoyduğu ilk münaqişədir. Bunlardan ən məşhuru Fukididin Tarix əsərdir. Bu əsərdə hadisələr müharibənin əvvəlindən e.ə. 411-ci ilədək cərəyan edir. Fukididin kitabı tarix elminin inkişafına öz töfhəsini vermiş, bir baxıma Peloponnes müharibəsi və bu müharibənin baş verdiyi dünya haqqında nüasir fikirlərin ortaya çıxmasında öz tpöfhəsini vermişdir.C. V. Fayn Qədim yunanlar: tənqidi tarix, s. 442 Fukidid müharibənin əvvəlində Afina sərkərdəsi və hərbi xadim, Periklin siyasi müttəfiqi idi. Lakin o, e.ə. 424-cü ildə strateji əhəmiyyətli Amfipol şəhərinin itirilməsinə görə qovuldu və onun tarixi, sürgündə olduğu iyirmi il ərzində qələmə alındı.C. V. Fayn Qədim yunanlar: tənqidi tarix, s. 446
Çoxsaylı tarixçilər Fukididin tarixinin qırıldığı tarixdən sonra baş vermiş hadisələr haqqında yazmışlar. Bizim dövrümüzə yalnız e.ə. 411-ci ildən e.ə. 362-ci ilədən olan hadisələri təsvir edən Ksenofontun "Yunan tarixi adlı əsəri gəlib çatmışdır. Bu əsər öz dövrünün müasiri olmuş birinin yazdığı yeganə əsər olsa da, müasir tədqiqatçılar tərəfindən çoxlu haqlı tənqidlərə məruz qalır. Ksenofontun əsəri fukididi ənənəsində olan tarix əsri deyil, əksinə hadisələrlə tanış olan oxucuların maraq dairəsinə xitab edən xatirələrdir. Ksenofont həmçinin çox tərəflidir və özünə xoşagəlməz olan məlumatları ötürür; belə ki, o, Yunanıstanın tarixində mühüm yer tutmuş Pelopid və Epaminondun adını çəkmir. Müasir tarixçilər onun əsərindən ehtiyatla istifadə edir.
Müharibə ilə əlaqəli digər antik tarixi əsərlər daha sonra yazılıb və dövrümüzə parçalar halında gəlib çatmışdır. E.ə. I əsrdə Siciliyalı Diodorun müəllifi olduğu "Tarixi kitabxana" kitabı müharibəni bütüblüklə əhatə edir. Bu əsər barəsində fərqli fikirlər mövcuddur, lakin onun qiyməti ondadır ki, burada hadisələrə Ksenofontdan fərqli baxış mövcuddur. Plutarxın "Həyatlar"ından bzəiləri bu müharibə ilə sıx bağlıdır, Plutarxın ilk növbədə bioqraf və moralist olmasına baxmayaraq, tarixçilər onun əsərindən faydalı məlumat əldə edirlər. Xatırlatmaq lazımdır ki, bu müəlliflər dövrümüzə gəlib çatmamış mənbələrdən məlumat əldə edirdilər. Bunlardan əlavə, müasir tarixçilər mənbə kimi həmin dövrün çoxsaylı nitqlərindən, bədii əsərlərindən, fəlsəfi əsərlərdən məlumat alırlar. Bu mənbələrin əksəriyyəti bir və ya bir neçə fərqli bucaqdan müharibə mövzusuna toxunur. Həmçinin epiqrafika və numizmatikanın materiallarından da istifadə edilir.C. V. Fayn Qədim yunanlar: tənqidi tarix, s. 527V. İ. Kuzişinin ümumi redaktəsi ilə Qədim Yunanıstan tarixi, s. 15
Zəmin
Pentekontaetiya Fukidid hesab edirdi ki, spartalılar "hələ o zamandan Yunanıstanın çox hissəsini özünə tabe etmiş afinalıların artan qüdrətindən qorxduqları üçün"Fukidid, I, 88 müharibəyə başlamışdılar. Həqiqətən də Peloponnes müharibəsinin başlanmasında əvvəlki əlli il müddətində Afina Aralıq dənizinin ən qüdrətli dövlətinə çevrilmişdi. E.ə. 480-ci ildə İran hücumunun qarşısını almış Afina tezlikllə Əhəməni İmperiyası ilə İoniyada və Egey dənizindəki adalarda müharibəni davam etdirən yunan dövlətləri koalisiyasının liderinə çevrildi. Pentekontaetiya (əlli illik, adı Fukidid vermişdir) kimi tanınan bu dövrdə ilk əvvəldə Delos İttifaqında lider olmuş Afina qüdrətli dövlətə çevrildi.C. V. Fayn. Qədim yunanlar: tənqidi tarix, s. 371 İran Egey dəniz sahillərindəki torpaqlarını Afinanın asılılığına verməli oldu. Eyni zamanda Afinanın gücü əhəmiyyətli dərəcədə artdı. Onun əvvəlki müttəfiqlərindən bir çoxu ondan asılığa düşdü və xərac verməyə məcbur oldu. Alınan bu vəsait Afinaya güclü donanma saxlamağa imkan verməkdən əlavə, habelə əsrin ortalarında Afinanın özündə getmiş böyük tikinti layihələrində sərf olundu.Donald Kaqan Pelloponnes müharibəsi, s. 8
Afina ilə Sparta da daxil olmaqla Peloponnes dövlətləri arasındakı münaqişə hələ bu əlli illik müddətin başlanğıcından etibarən yaranmağa başladı. İranlıların Yunanıstandan geri çəkilməsindən sonra Sparta Afinanın müharibə dövründə dağıdılmış divarlarının bərpasına mane olmağa çalışdı (Divarlar olmada Afina asanlıqla qurudan gəlmiş hərbi qüvvələrin təsirinə düşə və asanlıqla Spartadan asılı ola bilərdi), lakin müqavimətlə üzləşdi.Fukididin bildirdiyinə görə spartalılar nəinki Afinanın divarlarını bərpa etməməyə çalışdı, həmçinin Peloponnesdən başqa bütün şəhərlərin divarlarını da uçurmağı təklif etmişdi və afialılar buna qəti etiraz etdilər (Fukidid I, 89–93). Fukididə görə spartalılar bu dövrdə heç bir fəaliyyət etməsələr də, "öz aralarında nəticəyə çatmadıqları üçün heyfsilənirdilər".Fukidid, I, 92
Tərəflər arasındakı mübarizə e.ə. 465-ci ildə Spartada ilotların üsyanı baş qaldırdıqda yenidən qızışdı. Spartalılar bütün müttəfiqlərindən, o cümlədən də Afinadan yardım istədi. Afina qoşun göndərdi, lakin onların çatmasından sonra spartalılar elan etdi ki, "Onların köməyi daha lazım deyil"Fukidid, I, 102 3 və afinalıları geri yolladı (digər müttəfiqlər qaldılar. Son nəticədə ilotlar məğlub oldular, lakin şərtə əsasən edam deyil, sürgün edildilər. Afinalılar onları Korinf boğazının ən dar yerində yerləşən Navpakt şəhərində məskunlaşdırdılar. Bu insidentin nəticəsi kimi təhqir edilmiş afinalıların Sparta ilə ittifaqdan çıxması, Aros şəhəri və Fessaliya ilə saziş imzalaması oldu.
E.ə. 459-cu ildə Afina Peloponnes İttifaqına daxil olmuş qonşuları Meqara və Korinf arasındakı müharibədən istifadə edərək Meqara ilə müttəfiqlik müqaviləsi imzaladı. Nəticədə afinalılar Korinf boğazında ağırlıq mərkəzi əldə etdilər və Beotiyadakı nüfuzlarını artırdılar. Bunun nəticəsində də Sparta da müharibəyə qoşuldu və Kiçik Peloponnes müharibəsi baş verdi. Onun gedişində Afina Yunanıstanın materik hissəsində, Attika istisna olmaqla, qalan bütün ərazilərini Spartaya güzəştə getməli oldu, lakin strateji əhəmiyyətli Egina adası Delos İttifaqında qaldı. E.ə. 446-445-ci illərin qışındaYunan təqvimində il yayın ortasında bitirdi, buna görə də bəzi tarixlərin dəqiq hansı ilə aid olduğunu hesablamaq mümkün olmur bağlanmış Otuzillik sülh tərəflərin öz müttəfiqləri üzərində tam hakimiyyətini tanıdı.
Sülh müqaviləsinin pozulması 350px|right|thumb|Afina və onun müttəfiqləri e.ə. 431-ci ildə. Afina Egey dənizi hövzəsində və Qara dəniz sahilindəki hakimiyyətini bərqərar etməklə məşğul olarkən, Sparta və onun müttəfiqləri onun hərəkətlərinə dözürdülər. Lakin, güclü donama və tükənməz vəsaitə amilk olan Afina bütün Yunanıstan, Cənubi İtaliya və Siciliyada öz nüfuznu gücləndirmək üçün müxtəlif yollara baş vurmağa başlamışdı. Afinanın qərbə doğru olan ekspansiyası, bütün ticarətini qərb istiqamətində həyata keçirən Korinf üçün çox təhlükə yaradır, Spartanın təklənməsinə gətirib çıxarır və bütün Peloponnes İttifaqının zəifləməsinə yol açırdı. Nə Sparta, nə də Korinf bununla barışmaq fikrində deyildi və Afina ekspansiyasına qarşı ən qəti tədbirləri görməyə başlamışdı. Korinfin, Afinaya müharibə elan edilməzsə, Peloponnes İttifaqından çıxmaq barədəki hədələri, Spartanın ümumi vəziyyətinin pisləşməsi və Afinanın Peloponnnes İttifaqının qüdrətinə həqiqətən də zərbə vurması müharibəni qaçılmaz edirdi.
Otuzillik sülhün ilk dəfə e.ə. 440-cı ildə, zəngin Samos adası Afinaya qarşı üsyana qalxanda pozulma ehtimalı ortaya çıxdı. İran dərhal üsyançılara maddi yardım göstərdi və Afina öz dövlətinin parçalanma təhlükəsi ilə üzbəüz qaldı. Sparta, Samosa göstəriləcək hərbi yardımın genişmiqyaslı müharibəyə gətirib çıxaracağını anlayaraq, öz müttəfiqlərini toplantıya çağırdı. Lakin bu şura münaqişəyə qoşulmağa razılıq vermədi və Afina üsyanı tezliklə yatırdı.
Sülh ikinci dəfə e.ə. 435-433-cü illərdə ciddi sınağa məruz qaldı. Afina qərbə doğru irəliləmək siyasətini davam etdirərək, Korinf ilə Kerkira arasında onların birgə koloniyaları olan Epidamna görə baş qaldırmış münaqişədə iştirak etdi. Tərəflər arasında baş tutmuş Sibot döyüşündə Afina eskadrası Korinf donanmasının kerkiralıları tamamilə darmadağın etməsinə və Kerkiranı ələ keçirməsinə imkan verməyərək həlledici əhəmiyyət daşıdı. Bundan başqa e.ə. 431-ci ildə Afina Korinfin başqa bir koloniyası olan, metropoliyası ilə yaxşı əlaqələri olsa da, Delos İttifaqına daxil olan Potideyanı mühasirəyə aldı. Kerkira hadisələrindən sonra Potideyanın Delos İttifaqından çıxacağına dair şübhəyə düşən Afina şəhər rəhbərliyindən korinfli vəzifəli çəxslər olan epideiurqların çıxarılmasını və dəniz tərəfdə olan müdafiə devarlarının uçurulmasını tələb etdi. Bunun əvəzində Makedoniya və Korinf tərəfindən qızışdırılanDünya tarixi 24 cilddə, IV cild, "Ellinistik dövr", Минск, Литература, s.76 potideyalılar Delos İttifaqından çıxdıqlarını elan etdilər. Afinanın Kerlirada etdiklərindən özünü təhqir edilmiş hesab edən korinflilər Makedoniya padşahı II Perdikka ilə bərabər gizlicə mühasirəyə alınmış Potideyaya yardım göndərdilər və Spartadan yardım istədilər. Bu, sülh müqaviləsinin Delos İttifaqı ilə Peloponnes İttifaqının bir-birilərinin daxili işlərinə qarışmayacağı barədə olan bəndin birbaşa pozulması idi.