Brendan Freyzer (; ) — Kanada əsilli ABŞ aktyoru, "Oskar" mükafatı laureatı (2023).

Həyatı Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir.

1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir. Qız ondan yaşca 1 il böyük olur. Onların üç uşaqları var: Qriffin Artur (2002), Holden Fletçer (2004) və Leland (2006). Brendan və Afton rəsmi olaraq 2007-ci ildə ayrılırlar.

Freyzer təcrübəli həvəskar fotoqraf və oxatandır. Həmçinin, o xeyriyyəçidir. Freyzer ailəsi Kanada əsilli olduğu üçün fransız dilində sərbəst danışa bilir. Brendan Freyzerin boyu 1.91 m-dir.

Sağlamlığı 2018-ci ildə Freyzer açıq şəkildə bildirmişdir ki, komediya və savaş filmlərində oynadığı rollarda etdiyi tryuk və manevrlərə qoyulan fiziki tələblər onu, yeddi il ərzində, diz oynağının qismən dəyişdirilməsi, laminektomiya və səs tellərində əməliyyat da daxil bir neçə cərrahi əməliyyat keçirməsinə məcbur etmişdir.

Seksual təcavüzdə Filip Berke qarşı ittihamı 2018-ci ildə Freyzer açıq şəkildə elan edir ki, 2003-cü ildə nahar yeməyi ziyafətində o zamanlar, "Qızıl Qlobus" mükafatına səs verənlər arasında olan "Hollivud xarici mətbuat assosiasiyasi"(HFPA) qeyri-kommersiya təşkilatının prezidenti Filip Berk tərəfindən seksual təcavüzə məruz qalmışdır. Berk Freyzerin bu sözlərini "tam uydurma" adlandırır, ancaq 2014-cü ildə öz xatirələrində boynuna alır ki, Freyzeri "zarafatla" əlləşdirib. Boşanma, anasının vəfatı, sağlamliğı ilə bağlı problemlər və iddia edilən hücumun ictimaiyyət tərəfindən qəbul edilməsi Freyzeri dərin depressiyaya salır və bu onun karyerasında fasiləyə gətirib çıxarır.

Seçilmiş filmoqrafiya İl Film 1991 İt mümarizəsi 1992 Ensinolu adam 1994 Boş başlılar 1997 Cunqliyalı Corc 1999 Mumiya 2001 Mumiya qayıdır 2008 Mumiya: Əjdaha İmperatorunun Qəbri 2008 Yerin mərkəzinə səyahət 2022 Balina

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları