thumb|190px Cəfərilik () və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik ( is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır.
Tarixi Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.Şeyx Müfid, "Əl-İxtisas", səh. 202
thumb|left|220px|Şiəliyin Səfəvi dövlətinin rəsmi məzhəbi elan olunması
Səfəvi Dövləti 16-cı yüzillikdə Səfəvi Dövləti İmamiliyi dövlətin rəsmi məzhəbi elan edəndə "Cəfəri" sözünü işlətmişdir.
Əfşar Dövləti On iki imam şiələrinə rəsmi olaraq "cəfəri" adı isə Nadir şah Əfşar zamanında verildi. Belə ki, 1736-cı il Muğan qurultayından sonra İran və Azərbaycanın yeni hakimi olan sünni Nadir şah şiəliyi qəbul etmişdi, lakin O, şiəliyi qəbul edərkən bir neçə şərtlər də irəli sürmüşdü. Bu haqda tarixçi Ədalət Tahirzadə belə yazır :
Nadir xan qurultay nümayəndələrinin bu şərtlərə əməl edəcəyi halda şahlığa razılıq verə biləcəyini bəyan etdi: 1) II Təhmasib və övladları şah olmaq istəsə onları cəzalandırmaq əvəzinə müdafiə etsəniz cəzanızın ölüm olmasına yazılı razılıq verəcəksiniz; 2) şiəliklə yanaşı, sünni məzhəbinə də hörmət edəcək, Ömərə, Osmana lənət oxumayacaq, sünnilər Məkkəyə həcc ziyarətinə gedəndə əziyyət verməyəcəksiniz; 3) məni şah etsəniz məndən sonra övladlarıma, ailəmə hörmətsizlik etməyəcəyinizə, onlara tabe olacağınıza and içəcəksiniz (14 fevral.1736).Ədalət Tahirzadə. Nadir şah Əfşar.(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. Bakı. "Çıraq" nəşriyyatı. 2005. səh. 12
Bu hadisədən bir az sonra Nadir xan şah seçildi və dini işlərə qarışmağa başladı. O, şiə məzhəbində reformasiya aparırdı. Bu isə sonda Nadir şaha baha başa gələcəkdi
Şah elə ilk gündən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu. Belə ki, sünni Nadir şiə dövlətində şah olmaq üçün şiəliyi qəbul etmişdi. Ancaq bu zaman şiələr sünnilərə hətta xaçpərəstlərdən də artıq nifrət bəsləyir, onlara hədsiz düşmənçiliklə yanaşır, ilk üç raşdin xəlifəni: Əbu Bəkr, Ömər və Osmanı söyürdülər. Nadir şah şiə məzhəbini xeyli yumşaldaraq sünniliyə yaxın bir hala gətirməyi bacardı və bu yeniləşmiş şiə məzhəbini həm sünnilərin, həm də şiələrin hörmət bəslədiyi İmam Cəfər Sadiqə bağlayaraq "cəfəriyyə" adlandırdı. Şah seçilərkən o, Osmanlı sultanı I Mahmudun (1730–1754) xəlifəliyini tanıyacağını bildirdi və Osmanlılarla sülh bağlamağın 5 şərtini mərasimdə bəyan etdi: 1)Osmanlılar yeni cəfəri məzhəbini tanıyacaq; 2) bu məzhəbə Məkkədə bir ibadət yeri (rükn) veriləcək; 3) Əfşarlar hər il Şam (Suriya) üzərindən bir əmirhac göndərəcək; 4) əsirlər dəyişdiriləcək; 5) qarşılıqlı elçilər göndəriləcək.Ədalət Tahirzadə. Nadir şah Əfşar.(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. Bakı. "Çıraq" nəşriyyatı. 2005. səh. 13
Nadir şah bir çox islahatlardan sonra Osmanlı sultanı I Mahmuddan Cəfəriliyi sünniliyin dörd fiqhi məzhəbi ilə yanaşı beşinci fiqhi məzhəb olaraq qəbul etmələrini istəmişdi. Osmanlı sultanı və alimləri Nadir şahın bütün bu fəaliyyətini təqdir etsələr də 1746-cı ildə Əfşarlarla Osmanlılar arasında bağlanmış Kürdan (II Qəsri-Şirin) müqaviləsində — Cəfəriliyi beşinci haqq fiqhi məzhəb olaraq tanımadılar.
Əqidə Cəfərilikdə dini hüquq və şəriət hökmləri Quran və Sünnətdən çıxarılır. Sünni və Şiəlik arasındakı əsas fərqlərdən biri də odur ki, onlar Sonuncu peyğəmbər Hz. Məhəmməd (s) — dən sonra ilk xəlifənin həm peyğəmbərin vəsiyətiylə, həm də İlahi seçimlə Hz. Əlinin (ə) olmasını iddia edirlər. Bütün bunların çıxan nəticələrə görə Cəfərilər ; 12 İmam yolu ilə Hz. Məhəmməddən (s) gələn sözləri (hədis) olaraq qəbul edirlər. Fiqh üsulu olaraq qiyas yerinə əqli qəbul edib, ictihadı önəmsəyirlər. Sünnilərin qəbul etdikləri 116 İslam xəlifəsindən yalnız ikisini (IV xəlifə Hz. Əli (ə) və V xəlifə Hz. Həsən (ə)-i) qəbul edirlər. Cəfərilərə görə Sonuncu Peyğəmbər (s) — dən sonrakı haqq xəlifələr 12 imamlardır. Onlara görə I xəlifə Əbu Bəkirin hakimiyyətə gəlməsi ilə 12 haqq xəlifənin xəlifəlikləri qəsb olunmuşdur. Hz. Məhəmməd peyğəmbər (s), Xanım Fatimeyi-Zəhra (s.ə.) və 12 imamı (həmçinin digər bütün peyğəmbərləri) məsum olaraq qəbul edir və onların günahsız olduqlarını iddia edir və yalnız O 14 məsumu örnək alırlar.
Fiqh qaydaları Üsuli: Fiqh üsulu (fiqhi qaynaq) olaraq Quran, Hədis və İcma-dan başqa Əqil (hikmət)-i də qəbul edir və Böyük Qeybət (Böyük Qeybət iddia olunan İmam Mehdi — nin h.q. 329-cu ildə qeybətə çəkilməsindən bu günə qədər olan dövrdür) dövründə fəqihlərin ictihadına önəm verirlər. (Bu qaydalar hazırda İranda da istifadə olunan Vilayət-i Fəqih sisteminə yol açmışdır.) Əxbari: Məhəmməd peyğəmbər və On iki imamın xəbərlərinə (hədislərinə) önəm verir və (bu məsələlərdə) İctihad hüququnun istifadə olunmasını qəbul etmirlər. Fiqhi mənbələr: Bütün islami məzhəblərdə olduğu kimi, Şiə-Cəfəri məzhəbində fiqhi mənbə Quran-i Kərimdir. Bu kitabdan başqa heç bir kitab cəfəri şiələrinə görə səhih deyildir. Şiəlikdə "səhih hədis kitabı" anlayışı yoxdur, "səhih hədis" anlayışı mövcuddur. Cəfəri-şiələrinin ən məşhur dörd fiqhi kitabı isə Dörd kitab adı ilə məşhur olan kitablardır.
Etiqad Əqidəyə aid hökmlərin bir dəstəsi elə bir hökmlərdən ibarətdir ki, insan zehnində o barədə sual yaranan kimi dərhal həqiqəti tapmağı vacib olub, onun şəkk və şübhə halında qalması isə haram sayılır. Bu hökmlər Şiə əqidəsi ünvanı ilə qeyd olunmuşdur ki, aşağıdakılardan ibarətdir:
1. Şiə kainat xilqətinin xaliqi olan "vacibul-vücud" (varlığı vacib olan) Allahın varlığına inanır, həmçinin Onun müqəddəs zatının yeganəliyi, Zatı camal və cəlal sifətlərində heç bir şərikinin olmamasına, yəni "La ilahə illəllah" olduğuna inanır.
2. Şiə Allah-taalanın "cəlal" və "cəmal" sifətlərinə inanır. ("Cəlal" sifətlərindən məqsəd, Onun müqəddəs zatının hər bir eybdən uzaq olması, "cəmal" sifətlərindən isə məqsəd Onun müqəddəs Zatının bütün gözəl və kamal (üstün) sifətlərə malik olmasından ibarətdir.)
3. Şiə ümumi risalət və peyğəmbərliyə inanır. Belə ki, Allah-taala bəşəriyyət üçün onların özündən bir sıra peyğəmbərlər və onların vasitəsilə asimandan (müəyyən) kitablar göndərmişdir. Həmçinin insanlar cəmiyyətini hidayət etmək, təlim və tərbiyələndirmək üçün din (şəriət) göndərmişdir. Şiə Qurani-Kərimdə adı gəlmiş peyğəmbərlərə aydın, adları çəkilməmiş peyğəmbərlərə qarşı isə ictimai şəkildə inanır.
4. Şiə Ərəb, Qüreyş tayfası, Məkkə və Mədinə əhlindən olan həzrət Məhəmməd ibni Abdullahın (s) risalət və peyğəmbərliyinə inanır. Həmçinin O həzrətin (s) sonuncu peyğəmbər, dini və kitabının isə sonuncu din və kitab olduğuna inanır. Belə ki, bəşəriyyətin O həzrətdən sonra ayrı bir peyğəmbər və dinin gəlməsinə ehtiyacı yoxdur. Çünki onun gətirdiyi din (şəriət), insanların bu dünyada yaşadığı müddətdə hər növ fərdi, ictimai, maddi və mənəvi ehtiyaclarını ödəyən bütün hökmlərə şamildir.
5. Şiə axirət aləmi və cismani qayıdışa inanır. Belə ki, dünyaya gəlib ölmüş bütün insanlar, bu maddi aləm dağıldıqdan sonra bir daha bu maddi təbiətdən kənar bir aləmdə diriləcək, həmçinin Məhşər adlı bir yerdə və Qiyamət günü adlı bir zamanda Allah-taala qarşısında hazır olacaqdır. Şübhəsiz belə bir böyük və misilsiz hadisədə bütün mələklər, cinlər və heyvanlar belə hazır olacaqdır.
6. Şiə həzrət Peyğəmbərdən (s) sonra təşrii (şəri) və intisabi (Allah tərəfindən seçilmə) xilafət və imamətə inanır.
7. Şiə imamların Allah tərəfindən təyin edildiyinə, 11 imamın xilafət dövranı Hicri-qəməri tarixi ilə 260-cı ilədək davam etdiyinə, qeyb pərdəsi arxasında olan 12-ci imamın rəhbərliyinin isə indiyədək davam etməsinə və Allah-taalanın istədiyi vaxt onu zühur edərək dünyanı ədalətlə dolduracağına inanır.
8. Şiə hazırda müsəlmanlar əlində olan Allahın böyük kitabı Qurani-məcid, Allah-taala tərəfindən islam Peyğəmbərinin (s) mübarək qəlbinə nazil olmuş yeganə və əbədi bir möcüzə olmasına inanır. Belə ki, bu müqəddəs kitabda nə surə və ayə adı ilə qeyri-ilahi bir söz artırılmış, nə də ondan bir surə və ya ayə azaldılmışdır. Həmçinin bu müqəddəs kitab heç bir yol ilə təhrif olunmamışdır.
9. Şiə inanır ki, Allah-taala cism deyil, başqa şeylərdən təşkil (tərkib) tapmamışdır. Onda heç bir dəyişiklik baş verməz və Onun sifətləri zatından ayrı deyildir. O zaman və məkana bağlı deyil, birindən doğulmamış və biri ondan doğulmamışdır. O müqəddəs Allah vacibul-vücuddur ki, Onun zatının həqiqətini dərk etmək, hər bir ağıllı şəxsin ixtiyarı və dərrakəsindən kənardır. İstər peyğəmbərlər, istər mələklər, istərsə də dünya alimləri bu işdən acizdirlər.
10. Şiə mələklərin vücudu, isməti (günahsızlığı) və Allahın iradəsi ilə dünyada geniş istilasına inanır. Şiə əqidəsinə görə mələkləri (xüsusi ilə adları Qurani-kərimdə zikr olunanları) inkar etmək, küfrə səbəb olur, həmçinin istər bir cins, istərsə də müxtəlif olan cin və şeytanlar vardır.
11. Şiə Allah-taala tərəfindən sonuncu peyğəmbər həzrət Məhəmməddən (s) qabaqkı ilahi peyğəmbərlərə nazil olmuş bütün asimani kitablara inanır. Belə ki, Quranda adları çəkilmiş kitablara qarşı aydın, Quranda adları çəkilməyən kitablara qarşı isə ictimai şəkildə inanır.
12. Şiə vəhyə inanır.
13. Şiə əqidəsinə görə bütün ilahi peyğəmbərlər dini işlərdə hər növ günah, xəta və səhvdən məsumdurlar. Belə ki, istər uşaqlıq, istərsə də sonrakı, həmçinin istər peyğəmbərlikdən qabaq, istərsə də ondan sonra dövrlərində onlardan heç bir böyük və ya kiçik günah baş verməz. İlahi peyğəmbərlər Allah-taala tərəfindən hökmləri öyrənmək və onu xalqa danışıq və ya yazı yolları ilə çatdırmaqda səhvə yol verməzlər. Həmçinin onların (ilahi hökmləri) cəmiyyət arasında da icra etmək, şəxsi əməllər və fərdi təqva halları da bu qəbildəndir.
14. Şiə Peyğəmbər (s), imamlar, həmçinin onların hər bir səhabə və yaxınları mələklər və s. müqəddəslər haqqında "ğüluv" etməyi, istər ağıl, istərsə də şəriət baxımından təkidlə haram bilir. Belə ki, "ğüluv" isə əqidə baxımından onların həqiqi həddini aşmaqdan ibarətdir ki, aşağıdakılardan ibarətdir:
1. Allah-taalanın vücudunu inkar edərkən onları Allah bilmək; 2. Həm Allah, həm də onları müstəqil şəkildə Allah bilmək; 3. Məsihilərin İsa (ə) barədə dedikləri şərikə qail olmaq; 4. Onların Allaha məxsus olan bəzi sifətlərə malik olmasını bilmək; məsələn göylər və yerin xaliqiyyəti, insanlar və heyvanların yaradanı, bütün dirilərə ruzi verən, canlı və qeyri-canlıları dirildib, öldürmək və s. bu kimi xüsusiyyətləri qeyd etmək olar. Qeyd etmək lazımdır ki, "ğüluv" çox vaxtlar küfrə səbəb olur.
15. Şiə hazırda müsəlmanlar əlində olan Qurani-məcidin təhrif olmamasına inanır.
16. Şiə əqidəsinə görə 12-ci imam Məhəmməd ibni Həsən Əl-höccət, imam Həsəni Əskərinin əsrində o həzrətin belindən dünyaya gəlmiş və o həzrətin vəfatından qabaq Allah-taala tərəfindən və həzrət Peyğəmbərin (s) göstərişinə əsasən, yer üzündə bütün mələklər üçün imam və rəhbərliyə seçilmiş və o zamandan indiyədək qeyb pərdəsi arxasında olaraq vilayət və imamət vəzifəsi, həmçinin cəmiyyətin ilahi hakimiyyətinin qeyb işlərinə yiyələnməkdədir. Allah-taalanın məşiyyəti olduqda isə dünyanı ədalətlə dolduraraq onu gözəl və ürəyəyatan bir məkana çevirəcəkdir.