Terror hadisələri siyahısı 1974-cü ildə 1974-cü ildə törədilmiş terror aktlarının siyahısı

1 yanvar Sinqapur Yapon Qızıl Ordusu təşkilatının terrorçuları Yaponiya və Küveyt səfirliyinə hücum etmişlər. 4 fevral Böyük Britaniya Bombanın partladılması nəticəsində 9 əsgər ilə 3 mülki şəxs həlak olmuşdur. 11 aprel İsrail Fələstin Azadlıq Cəbhəsi təşkilatının terrorçuları İsrail mənzil kompleksinin 18 nəfəri güllələmişlər. 15 may İsrail Fələstin terrorçuları ilə İsrail qüvvələri arasında toqquşmada 26 nəfər həlak olmuş və 66 nəfər yaralanmışdır. 17 may İordaniya Üç avtomobilin partladılması nəticəsində 35 dinc sakin həlak olmuşdur. 28 may İtaliya Bir zibil qutusuna yerləşdirilmiş bombanın partladılması nəticəsində 8 nəfər həlak olmuş və 90 nəfər yaralanmışdır. 17 iyun İtaliya Qırmızı Briqadalar təşkilatının terrorçularının İtaliya İctimai hərəkatı ofisinə hücum etmələri nəticəsində iki nəfər həlak olmuşdur. 17 iyun Böyük Britaniya Bombanın partlaması nəticəsində bir nəfər xəsarət almışdır. 4 avqust İtaliya Qatarın partladılması nəticəsində 12 nəfər həlak olmuş və 44 nəfər yaralanmışdır. 30 avqust Yaponiya Mitbushi Heavy İndustries qərargahında bombanın partlaması nəticəsində 8 nəfər ölmüş və 378 nəfər yaralanmışdır. 8 sentyabr Amerika Birləşmiş Ştatları Əbu Nidal təşkilatının terrorçularının təyyarəyə hücum etmələri nəticəsində 88 nəfər ölmüşdür. 13 sentyabr Madrid İspaniya Yeməkxanada bombanın partladılması nəticəsində 12 nəfər ölmüşdür. 5 oktyabr Böyük Britaniya Bombanın partladılması nəticəsində dörd əsgər ilə bir mülki şəxs həlak olmuş və 44 nəfər yaralanmışdır. 17 noyabr Böyük Britaniya Üç bombanın partladılması nəticəsində bir nəfər həlak olmuşdur. 22 oktyabr London Böyük Britaniya Bombanın partladılması nəticəsində 21 nəfər həlak olmuşdur. 21 noyabr Böyük Britaniya Partlayıcı qurğunun işə düşməsi nəticəsində 21 nəfər həlak olmuşdur.

Kateqoriya:Terror hadisələrinin siyahıları Kateqoriya:1974-cü ilin terror hadisələri