Alisa möcüzələr ölkəsində () — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış film,The New York Times: The Screen Yoxlanılıb 29 Noyabr 2009. səssiz rejimdə çəkilmişdir.Hal Erickson: Alice in Wonderland.Filmdatenbank der New York Times Yoxlanılıb 29 Noyabr 2009.

Məzmun

Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar. Bunun ardınca bağlı qapılı otaqlarda Alisa Ağ Dovşanı yenidən izləməyə başlayır. Otaqda Alisa kiçilməyə başlayır. Sonradan normal boyuna qayıtdıqdan sonra Kraliça ilə qarşılaşır. Onun uşağı isə donuza dönür. Alisa yoluna davam edən zaman Çeşir pişiyi, sonra Ürəklər Kraliçası ilə rastlaşır. Bağda olan zaman qəribə kroket oyunu oynayır. Ardınca Alisa Dəniz Tısbağanı görür. Piroqların oğurlanması səbəbindən Alisa və digər heyvanlar məhkəməyə gəlirlər. Alisa şahid kimi çağırılan zaman Ürəklər Kralı və Ürəklər Kraliçasına qarşı çıxır. Bu zaman Alisa ayılır və bunun bir yuxu olduğunu başa düşür.

Rollarda Aktyor Rol Viola SavoyAlisa Herbert RaysAğ Dovşan

Ədəbiyyat Lewis Carroll, Tan Lin: Alice’s Adventures in Wonderland and Through the Looking-Glass. Barnes & Noble Classics, New York 2004, ISBN 1-59308-015-8, S. 275.

Həmçinin bax ABŞ filmlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Alice in Wonderland Silentera.com Alice in Wonderland (1915)

Kateqoriya:Alisa möcüzələr ölkəsində Kateqoriya:1915-ci ilin filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər