Plimut () — Montserratın de-yure paytaxtı olan tərk edilmiş şəhər.

1995-ci ildə Sufrier-Hils vulkanının oyanması nəticəsində 4 min nəfər əhalisi olan şəhərin böyük hissəsi vulkan külü altında qaldı. 25 iyun 1997-ci ildə vulkan yenidən oyanır və hətta 19 nəfər həlak olur. Vulkan şəhərin 80 %-i dağıdır, lavanın qalınlığı 1,4 metrə çatır. Ada əhalisinin üçdə ikisi adanı tərk edir. Lavanın təmizlənməsi böyük məsrəf tələb etdiyindən adanın cənub hissəsi bağlı zona elan edilir və paytaxt şimal-qərbdəki Breyds kəndinə köçür. Plimutdakı vəziyyətin hələ 10 il dəyişməyəcəyi güman edilir, bu səbəbdən Plimut de yure Monserratın paytaxtı hesab edilir.

Mənbə idron.do.am

Kateqoriya:Montserrat Kateqoriya:Karib hövzəsi dövlətlərinin paytaxtları Kateqoriya:1997-ci ildə ləğv olunan yaşayış məntəqələri Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Kabus şəhərlər Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri