Herman Van Rompöy (, ; d. 31.10.1947) — belçikalı siyasətçi, Avropa Şurasının ilk daimi və uzunmüddətli dövr üçün seçilən sədri. Xristian demokrat flamand partiyasından 30 dekabr 2008-ci ildən 25 noyabr 2009-cu ilədək Belçikanın 66-cı baş naziri.
Avropa Şurasının Sədri Lissabon sazişinədək Avropa İttifaqına üzv dövlətlərin baş nazirləri rotasiya qaydasında 6 ay ərzində Avropa Şurasının sədri vəzifəsini tuturdular. Bəzən Van Rompöyün vəzifəsi səhvən Avropa İttifaqının Prezidenti və ya Avropa İttifaqı Şurasının Prezidenti kimi də təqdim edilir, lakin birinci vəzifə hələ ki, mövcud deyil, ikincisi isə Avropa İttifaqına üzv dövlətlərin hökumətləri tərəfindən rotasiya qaydasında 6 ay müddətinə icra edilir.
Avropa Komissiyasının Sədri () və Avropa Parlamentinin Sədri () vəzifələrinin ingilis dilindəki adlarında istifadə edilən President sözü Azərbaycan dilinə məhz "sədr" kimi tərcümə edilir. Bu səbəbdən Herman Van Rompöyün daşıdığı vəzifənin () Avropa Şurasının Sədri şəklində tərcümə edilməsi qanunauyğundur.
İstinadlar
Həmçinin bax Avropa Şurası Avropa İttifaqı
Xarici keçidlər
Herman van Rompöyün şəxsi veb-saytı Avropa Şurasının veb-saytında prezidentin səhifəsi Rəsmi Feysbuk səhifəsi Herman Van Rompöy Tvitterdə
Kateqoriya:Belçika siyasətçiləri Kateqoriya:Belçika baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri