Ceykob Bencamin Cillenhol (; ) — ABŞ aktyoru. İsveçli zadəgan ailədə doğulan Ceyk, kinorejissor Stiven Cillenholun və ssenarist Naomi Fonerin oğludur. Onun bacısı aktrisa Meqqi Cillenholdur. Ceyk aktyorluq etməyə uşaq yaşlarından başlayıb. Onun rol aldığı ilk film 1991-ci ildə "City Slickers" olub. O, atasının lentə aldığı "A Dangerous Woman" və "Homegrown" filmlərində çəkilib. Ceyk "October Sky" və "Donni Darko" filmlərinə görə məşhurluq qazanmışdır.
Ceyk 2004-cü ildə elmi fantastika, fəlakət janrında olan "Birisigün" filminə rol alıb. O, 2005-ci ildə "Qozbel dağ" filmindəki performansına görə "BAFTA" mükafatı qazanmış, bununla yanaşı "Oskar" mükafatına da namizəd olmuşdur. Ceyk uğurlu karyeraslna davam edib və "Zodiac", "Love & Other Drugs" və "Source Code" filmlərinə çəkilmişdir.
Həyatı Ceykob Bencamin Cillenhol 19 dekabr 1980-ci ildə Los-Anceles şəhərində anadan olub. Onun valideynləri film prodüseri və ssenaristi olan Naomi Foner və rejissor Stiven Cillenholdur. Ceyk böyük bacısı Meqqi Cillenhol ilə birlikdə "Donni Darko" filmində çəkilib. Ceykin atası ingilis mənşəlidir və isveçli zadəgan ailədən gəlir.Stated on Finding Your Roots with Henry Louis Gates, Jr., PBS, April 22, 2012. Retrieved July 29, 2017. Ceykin anası isə Nyu-Yorkda doğulmuş yəhudidir. Onun anası Rusiya və Polşadan olan aşkenazi yəhudilərinin ailəsində doğulub. Ceyk özünü yəhudi hesab edir.
Filmoqrafiya İl Adı Rol Qeydlər 1991 City Slickers 1993 A Dangerous Woman Edward Josh and S.A.M. 1998 Homegrown Jake / Blue Kahan 1999 October Sky Homer Hickam 2001 Donni Darko Bubble Boy Lovely and Amazing Jordan 2002 The Good Girl Highway Moonlight Mile 2004 Birisigün Jiminy Glick in Lalawood Himself Kameo 2005 The Man Who Walked Between the Towers Narrator Səsləndirmə; Sənədli film Qozbel dağ Jack Twist Proof Jarhead Anthony "Swoff" Swofford 2007 Zodiac Robert Graysmith Rendition 2009 Qardaşlar 2010 Fars şahzadəsi: Zamanın qumları Dastan Love & Other Drugs 2011 Source Code 2012 End of Watch 2013 Prisoners Düşmən 2014 Gecə leşyeyəni 2015 Accidental Love Southpaw Everest Scott Fischer Darmadağın 2016 Gecə heyvanları 2017 Life Okja Stronger Jeff Bauman 2018 Wildlife The Sisters Brothers 2019 Velvet Buzzsaw Hörümçək-adam: Evdən uzaqda Kventin Bek / Misterio 2021 Spirit Untamed Səsləndirmə The Guilty Joe Baylor 2022 Ambulance Strange World Səsləndirmə 2023 Guy Ritchie's The Covenant TBA Road House Post-production Untitled Guy Ritchie's Action Film Post-production
İstinadlar
Xarici keçidlər Aktyorun rəsmi saytı
Həmçinin bax
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Almanəsilli amerikalılar