thumb|5 oktyabr 1899-cu il tarixli Servet-i Fünun jurnalında Üsküdardan bir görünüş Üsküdar — İstanbul ilinin ilçəsi. Kiçik Asiya yarımadasında yerləşən ilçənin ərazisi 36 km²-dir.Üsküdar Belediyesi: Üsküdar Hakkında: Bugünkü Üsküdar Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan rəsmi məlumatına əsasən ilçədə 532,182 nəfər əhali yaşayır.Türkiye İstatistik Kurumu: Adrese dayalı nüfus kayıt sistemi (ADNKS) veri tabanı: İlçelere göre il/ilçe merkezi ve belde/köy nüfusu — 2011: İstanbul ili ---Açıklama: İl, ilçe, belediye, köy ve mahallelere göre nüfuslar belirlenirken: Nüfus ve Vatandaşlık İşleri Genel Müdirlüğü tarafından, ilgili mevzuat ve idari kayıtlar uyarınca Ulusal Adres Veri Tabanı (UAVT)'nda yerleşim yerlerine yönelik olarak yapılan; idari bağlılık, tüzel kişilik ve isim değişiklikleri dikkate alınmıştır. Onların 262,783 nəfərini kişilər, 269,399 nəfərini isə qadınlar təşkil edir. Üsküdar ilçəsi 33 məhəllədən (və ya kiçik şəhərdən) ibarətdir. 1930-cu ildə Kadıköy və Beykozun, 1987-ci ildə Ümraniyənin Üsküdardan ayrılaraq inzibati rayon olmaları, 2008-ci ildə Örnək, Əsədpaşa və Fətih məhəllələrinin Ataşəhərə birləşdirilməsi ilə bugünkü gündə sərhədlərinə çatmışdır.
Etimologiya Yaşayış məntəqəsinin Qədim dünyada ilk adı Khrysopolis olmuşdur. Bu ad yunanca "Qızıl şəhər" mənasını verirdi.Özhan Öztürk. Pontus: Antik Çağ’dan Günümüze Karadeniz’in Etnik ve Siyasi Tarihi]. Nika Yayınları. Ankara, 2016. 3. Baskı s. 205 Üsküdar adının Roma imperiyası dövründə Roma ordusunun zirehli süvari birliklərindən biri olan Scutarii və burada yerləşən Skutarion (yun. Σκουτάριον) kazarmasından gəldiyi düşüncəsi geniş yayılmışdır. Özhan Öztürk latınca "zirehli süvari" mənasını verən Scutarii sözü ilə Antik Çağda çöllərin atlı döyüşçüləri kimi tanınan İskitlərin özlərinə verdikləri "oxçular" mənasındakı skudat adı arasındakı oxşarlıqla diqqət çəkmişdir. Bizans imperiyası tərəfindən Hrisopolis (Qızılşəhər) adlandırılan Üsküdar XII əsrdən etibarən Skutarion adı ilə tanınmağa başlamışdır. Dördüncü Səlib yürüşü zamanı İstanbula gələn Geffori de Vilhardin “Histoire de la conquête de Constantinople” (İstanbulun fəthinin tarixi) adlı kitabında bu səmt üçün “Escutaire” sözündən istifadə etmiş və bu söz fransız dilində tez-tez təkrarlanmışdır. Skutarion adı zaman keçdikcə Üsküdar şəklinə çevrilmişdir.
Tarixi Həmçinin bax: İstanbul tarixi
İlçəyə adını cənub-qərb hissəsində yerləşən qədim iskele (liman) məskəni vermişdir. Müasir dövrdə təxminən Selman Ağa, İnkılap, Gülfem Hatun və Rumi Mehmet Paşa məhəllələrini əhatə edən bu tarixi yaşayış məntəqəsi Üsküdar adlanır. Bəzi mənbələrə görə, Moda burnunda məskunlaşan Halkedonlular e.ə. VII əsrdə qayıqlarını Üsküdar sahilində yerləşən gəmiqayırma məntəqələrində inşa edirdilər. Hesab olunur ki, onun adı yunanca Skutarion (Skytarion) və ya latınca Skutari (Scutari) sözünün zamanla dəyişməsi nəticəsində indiki formasını almışdır. Sahilboyu yaşayış ərazisini qala divarları ilə əhatə edən afinalılar dövründən — e.ə.V əsrdən, hətta daha əvvəlki dövrlərdən etibarən bu ərazi mühüm nəqliyyat və dayanacaq mərkəzi olmuşdur. Boğazın iki sahili arasındakı nəqliyyatda tarix boyu böyük əhəmiyyət daşımışdır. Bizanti və Konstantinopolu ələ keçirmək məqsədilə müxtəlif dövrlərdə şərqdən gələn fərqli qüvvələrin təşkil etdiyi hücumlar zamanı Üsküdardan həmişə hərbi baza kimi istifadə edilmişdir. Nəqliyyat və dayanacaq məntəqəsi, həmçinin hərbi baza kimi əhəmiyyət daşımaqla yanaşı, Üsküdar ticarət baxımından da böyük önəmə malik olmuşdur. Üsküdar Konstantinopolun fəthindən xeyli əvvəl — 1352-ci ildə türklərin əlinə keçmişdir. Orxan Qazi dövründən etibarən Osmanlıların nəzarətində olan Üsküdara türklərin geniş şəkildə məskunlaşması isə Fateh Sultan II Mehmed dövrünə təsadüf edir.
İstanbulun fəthindən sonra şəhər və ətrafında idarəetmə və məhkəmə sisteminin qurulması zamanı iki böyük inzibati vahid müəyyən edilmişdir. Şəhər divarları daxilindəki şəhər ərazisi İstanbul Qazılığı tərəfindən idarə olunurdu. Şəhər divarlarından kənarda yerləşən və şəhərətrafı ərazi statusunda olan Əyyubsultan, Qalata və Üsküdar qazılıqları isə Bilad-ı Səlasə adlandırılırdı. Üsküdar qazısı digər qazılarla birlikdə padşaha və sədrəzəmə tabe idi. Anadolukavağı, Gəbzə, Kartal, Pendik və Şilə ərazilərində Üsküdar qazısının hər birində bir naibi (qazının nümayəndəsi) fəaliyyət göstərirdi. Beykoz qəzası da Üsküdar qazılığına tabe idi. Lakin naibini arpalıq olaraq bu qəzanı idarə edən münəccimbaşı təyin edirdi. Kandıra və Şilə qəzaları da 1581-ci ildə Üsküdar qazılığına bağlandı. 1826-cı ildə İhtisab Nəzarəti, 1846-cı ildə isə sonradan adı Zabtiyə Nəzarəti olaraq dəyişdirilən Zabtiyə Müşirliyi yaradıldı. 1867-ci ildə qəbul edilən Vilayətlər Nizamnaməsinə əsasən İstanbulda valilik yaradılmamış və bu vəzifə Zabtiyə Müşirliyi tərəfindən həyata keçirilmişdir. Bu dövrdə Dərsəadət və Bilad-ı Səlasə Bab-ı Zabtiyəyə tabe deyildi. 1854-cü ildə Şəhər Əmanəti (Şehremaneti) yaradıldıqdan sonra İhtisab Nəzarəti ləğv edildi. 1877-ci ildə Beyoğlu, İzmit və Qaza-i Ərbaa ilə birlikdə Üsküdar da mutasarrıflıq statusu aldı. Bu mutasarrıflıqlar Zabtiyə Nəzarətinə tabe idi. Üsküdar Mutasarrıflığının tərkibində Beykoz, Gəbzə, Kartal və Şilə qəzaları var idi. 1918-ci ildə İstanbul Vilayətinə bağlı Beyoğlu və Üsküdar mutasarrıflıqları, Türkiyədə Cümhuriyyətin elanından sonra, 1924-cü ildə bütün sancaq və inzibati vahidlər vilayətə çevrildikdə, ayrıca vilayət (il) statusu aldılar. Nəhayət, 26 iyun 1926-cı il tarixində Rəsmi Qəzetdə 404 saylı qərarla dərc edilmiş və həmin gün 877 nömrəli qanun əsasında Üsküdar qəza (ilçə) statusu almışdır.
1877-ci ildə İstanbul Şəhər Əmanəti (İstanbul Şehremaneti) 20 bələdiyyə dairəsinə bölündü. Bunlardan 4-ü bugünkü Üsküdar rayonunun sərhədləri daxilində yerləşirdi. Anadoluhasarı və ətrafına On Dördüncü Dairə, Bəylərbəyi və ətrafına On Beşinci Dairə, Paşalimanı və ətrafına On Altıncı Dairə, Üsküdar və Doğancılar ətrafına isə On Yeddinci Dairə adı verilmişdi. 1913-cü ildə bu dairələr ləğv edildi və 9 şöbə yaradıldı. Üsküdar uzun müddət, 1930-cu ildə adı dəyişdirilən İstanbul Bələdiyyəsinin şöbə müdürlüklərindən biri olmuşdur. Henri Prostun İstanbulda şəhərsalma və planlaşdırma işləri apardığı 1940-cı illərdə Üsküdar Ankara–İstanbul əlaqəsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilmiş, Bağdad Yolu, Anadolu Ciheti Nazım Plan etüdünə Üsküdar başlanğıcı ilə işlənmişPierre Pinon & F. Cana Birsel. İMPARATORLUK BAŞKENTİNDEN CUMHURİYET'İN MODERN KENTİNE: Henri Prost'un İstanbul Planlaması (1936-1951), İstanbul Araştırmaları Merkezi, 2010., 1950-ci illərdə isə Heydərpaşa–Pendik Dövlət yolu istifadəyə verilmişdir. Əvvəllər şərqdə Kartal ilə qonşu olacaq qədər geniş bir ərazini əhatə edən Üsküdarın görünüşü, bütün İstanbulda olduğu kimi, 1950-ci illərdən etibarən sürətlə dəyişməyə başladı. Ölkənin müxtəlif bölgələrindən İstanbula yönələn miqrasiyadan Üsküdar da öz payını aldı. 1960-cı illərdə Çamlıca, Bulgurlu və daha şərqdə yerləşən ərazilərdə sürətli gecəqondulaşma baş verdi. Həmin illərdə sənaye bölgəsi kimi müəyyən edilən Ümraniyə və ətrafında gecəqondular və gecəqondu məhəllələri yarandı. Buradakı sürətli əhali artımı 1963-cü ildə Ümraniyədə bələdiyyənin yaradılmasını zəruri etdi. Boğaziçi körpüsünün açılması, Kadıköydə olduğu kimi, Üsküdarda da məskunlaşmanı təşviq etdi. Avtomobil sahibi olmağın geniş yayılması nəticəsində nəqliyyat imkanlarının yaxşılaşması rayonun İstanbul Boğazına baxan məhəllələrində də əhali artımına səbəb oldu. Rayonun 1970–1980-ci illər arasında illik orta əhali artımı 10%-i keçmişdir. Bunun səbəblərindən biri də Fateh Sultan Mehmet körpüsünün ətraf yollarının keçdiyi kənd ərazilərində sürətli tikinti və məskunlaşmanın baş verməsi idi. Bu inkişaflar nəticəsində Ümraniyə 1987-ci ildə ayrıca rayon statusu aldı. Buna görə də Üsküdarın əhalisi 1985-ci ildə 490185 nəfər olduğu halda, 1990-cı ildə 395 623 nəfərə qədər azaldı.
6 Mart 2008-ci il tarixində 5747 qanun nömrəsi ilə Türkiyə Böyük Millət Məclisində qəbul edilərəkk 22 mart 2008-ci il tarixində 26824 nömrəli Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minən inzibati dəyişikliklə rayonun cənub-şərqində yerləşən 3 məhəllə — Örnek, Esatpaşa və Fetih — Üsküdardan ayrılaraq yeni yaradılmış Ataşehir rayonuna birləşdirildi.
sağ|thumb|Kandilli İskeləsindən Üsküdar sahili
Əhəmiyyətli tikililər İstanbulun mühüm türk yaşayış məntəqələrindən biri olan Üsküdar Osmanlı dövrü boyunca geniş abadlıq və quruculuq fəaliyyətlərinin şahidi olmuşdur. Həmin dövrdə Üsküdar qəsəbəsi və ətrafı çoxsaylı külliyə, məscid, hamam və çeşmə kimi tikililərlə, rayonun Boğaziçi sahilləri isə saraylar, sahil sarayları, yalılar və köşklərlə bəzədilmişdir. Qız qülləsi ən mühüm tikililərdən biridir.
Bunların əsasları aşağıdakılardır:
Adilə Sultan Qəsri Əhmədiyyə Külliyəsi Altunizadə məscidi Ayazma Məscidi Ayazma Hamamı Əziz Mahmud Hüdayi Məscidi Bəylərbəyi Məscidi Bəylərbəyi sarayı Böyük Səlimiyə Məscidi Çamlıca Qəsri Çinili məscid külliyəsi Ətiq Validə məscidi Hacı Əhməd Paşa Sarayı Üçüncü Əhməd çeşməsi Qartal Əhməd Baba Təkkəsi Qız qülləsi Mehmed Paşa Sarayı Mehrimah Sultan məscidi Nurbaba Təkkəsi Özbəklər təkyəsi Rum Mehmed Paşa Məscidi Şahqulu Dərgahı Səlimiyə Kışlası Şəmsi Paşa Məscidi Sultan Əbdüləziz Ov Köşkü Yeni Validə Külliyəsi
thumb|sağ|Boğazdan Bəylərbəyi sarayının görünüşü
Açıq hava muzeyinə bənzəyən və Qaracaəhməd Sultan dərgahını da özündə birləşdirən Qaracaəhməd qəbiristanlığı, İstanbulun Anadolu səmtindəki ən böyük müsəlman qəbiristanlığı olmaq xüsusiyyətini əsrlərdir qoruyub saxlayır. Digər bir qəbiristanlıq isə Bülbüldərə qəbiristanlığıdır.
Quzğuncuqdakı Ayios Panteleymon kilsəsi və ayazması, qeyri-müsəlmanlara məxsus Ayios Yeoryios kilsəsi, Surp Krikor Lusavoriç kilsəsi, İlya Profiti Rum Ortodoks kilsəsi, Beth Yaakov sinaqoqu (Kal de Abaso və ya Aşağı sinaqoq, yaxud Böyük sinaqoq) və Kal de Ariva (Yuxarı sinaqoq) adlı dini tikililərin rayonun bir səmtində, bir-birinin yanında yerləşməsi diqqətəlayiqdir.Osmanlı dövründə rayonun İstanbul Boğazı sahillərində çoxlu sahilsaray və yalı var idi. Yalnız yalıların çox az bir hissəsi günümüzə qədər gəlib çatmış, yanmış və dağıdılmış köhnə tikililərin yerində isə yeni yalılar inşa edilmişdir. Keçmişdən günümüzə qismən və ya tam şəkildə gəlib çatmış və hazırda görünə bilən əsas köhnə yalılar bunlardır: Kıbrıslı yalısı, Kont Ostroroq yalısı, Abud Əfəndi yalısı, Edib Əfəndi yalısı, Recaizadə Əkrəm bəy yalısı, Mahmud Nədim Paşa yalısı, Sadullah Paşa yalısı və Fethi Əhməd Paşa yalısı. Qız qülləsi isə rayonun simvoludur.
Üsküdar İstanbul ilinin ən yaşıllıqla zəngin rayonlarından biridir. Qoruma altında olduğu güman edilən bu yaşıllıq əraziləri şimaldan cənuba doğru müvafiq olaraq Cemil Filmer, Kandilli Qız Liseyi, Vaniköy Rəsədxana, Vaniköy, Vahidəddin, Cemil Molla, Münir bəy, Fethi Paşa, Demirağ, Hüseyn Avni Paşa, Əbdülməcid Əfəndi, Şahzadə Yusuf İzzəddin Əfəndi, Böyük Çamlıca, Kiçik Çamlıca və Adilə Sultan Validebağı qoruqlarıdır.
Üsküdardakı qoruqların əhali üçün açıq olan hissələri eyni zamanda istirahət və gəzinti məkanı xüsusiyyətinə malikdir. Böyük Çamlıca və Kiçik Çamlıca təpələrində aparılan abadlıq işlərindən sonra bu ərazilər də gəzinti və istirahət baxımından əhalinin böyük marağına səbəb olur. İstanbul Boğazı sahilində yerləşən məhəllələrdə çoxlu balıq restoranları vardır. Bu restoranlar və Nakkaştəpə kimi mənzərəsi ilə seçilən digər məkanlardakı istirahət obyektləri xüsusilə istirahət günlərində böyük maraq görür.
Məhəllə və küçələr Həmçinin bax: Türkiyənin inzibati bölgüsü thumb|Üsküdar Bələdiyyə binası
Məhəllələr
Acıbadem Əhmədiyyə Altunizadə Əziz Mahmud Hüdayi Bağçalıevlər Barbaros Bəylərbəyi Bulqurlu Burhaniyə Cümhuriyət Çəngəlköy Fərah Gözəltəpə İcadiyə Kandilli Kirazlıtəpə Kısıklı Quləli Quzğuncuk Küçük Çamlıca Küçüksu Küplücə Mehmed Akif Ərsoy Memar Sinan Muradrəis Salacaq Səlami Əli Səlimiyə Sultantəpə Ünalan Valide-i Atik Yavuztürk Zeynəb Kamil
Səmtlər
Bağlarbaşı Çamlıca Doğancılar