Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Tarixi Bu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda kollecin direktoru Amalya Mahal qızı Sezgindir.

Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır."M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli 195 nömrəli Qərarı. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür."Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı.

1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir.

Adları Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir: 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası; 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası; 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu; 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi; 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi; 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu; 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci; 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci; 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci.

İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Məktəbəqədər təhsil; İnkluziv təhsil; Ailə və ev təhsili; Fiziki tərbiyə müəllimliyi; Sosial iş; Dekorativ-tətbiqi sənət; Rəngkarlıq; Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı; Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi; Dizayn (moda); Ətraf mühitin mühafizəsi və bərpası; Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası.

Kontingent Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 2649 tələbə təhsil alır. Həmçinin "Moodle"- tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir.

Hazırda kollecdə 120 nəfərdən çox inzibati, 200 nəfərdən çox müəllim heyəti fəaliyyət göstərir. Heyət arasında elmlər namizədi və doktorantura təhsili alan müəllimlər fəaliyyət göstərir..

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1919-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollecləri