Xabier Alonso Olano () — ispan futbol məşqçisi və keçmiş futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA Kuboku və FA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 2012 və 2010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 2004 və 2006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir. 23 iyun 2012-ci ildə Xabi Alonso Avro 2012-nin dörddəbir final mərhəsində Fransaya qarşı İspaniya milli futbol komandasının şərəfini 100-cü dəfə qorudu. Onun həm yubileyi, həm də İspaniyanın yarımfinal mərhələsinə yüksəlməyinə səbəb olmuş Fransaya vurduğu qol böyük təntənə ilə qeyd edildi.
Həyatı Xabi Alonso 25 noyabr 1981-ci ildə məşhur futbolçu ailəsində anadan olmuşdur. Onun atası Periko Alonso Real Sosyedad komandasında oynayarkən komandası iki mövsüm ard-arda La Liqa çempionu oldu və karyerasındakı üçüncü çempionluğunu Barselonaya transfer olunduqdan sonra əldə etdi. O, həmçinin karyerası boyunca 21 dəfə İspaniyanın şərəfini qorumuşdur. Xabi Alonso kiçik bask şəhərciyi Tolosada anadan olmuşdur. Həyatının ilk altı ilini Barselonada keçirən Xabi Alonso sonradan ailəsi ilə birlikdə San-Sebastyana köçdü. Bu şəhərdə onda futbola qarşı ehtiras əmələ gəldi. Belə ki, o, uşaqlığını "Playa de la Konça" (Balıqqulağı çimərliyi) adlanan çimərlikdə futbol oynayaraq keçirirdi. O, bu illərdə tanış olduğu Mikel Arteta ilə arasında başlayan dostcasına rəqabətin oyun texnikasına faydalı olduğunu söyləmişdir. Atası futbola sıx bağlanan Xabini və böyük qardaşı Mikeli tez-tez birlikdə məşq etmək üçün Sabadelin məşq meydançasına aparırdı. Xabi Alonso atasının oyun üslubunun təsiri altında qol atmaqdansa yaxşı top ötürməyi daha çox sevirdi. Kiçik yaşda o, yarımmüdafiəçi olaraq oynamağa qərar verdi. Bu qərar ona topla rəftarının yaxşılaşmasında böyük rolu oldu. Sonralar Xabinin bu bacarığı onun klub və milli yığma karyerasının ayrılmaz hissəsinə çevrildi. O, 15 yaşında olarkən ingilis dilini öyrənmək üçün məktəb mübadilə proqramı çərçivəsində İrlandiyanın Kells qəsəbəsinə getdi. Xabi Alonso və Mikel Arteta olduqca iddialı idilər və onların Real Sosyedadda birlikdə oynamaq ən böyük arzuları idi.
Karyerası
Məşqçi karyerası 25 may 2025-ci ildə "Real Madrid" Xabi Alonsonun komandaya baş məşqçi təyin olunduğunu rəsmən elan edib.
2026 İspaniya Superkuboku finalında "Real Madrid"in "Barselona"ya 3–2 hesabı ilə məğlub olmasından bir gün sonra, 12 yanvar 2026-cı ildə klub qarşılıqlı razılaşma əsasında Alonso ilə yollarını ayırıb.
Statistika
Klub karyerası KlubMövsümLiqaKubok1Liqa KubokuAvropaBaşqa2CəmiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolReal Sosyedad1999–20000010–00–10Total0010–00–10Eibar2000–0114000–00–140Total14000–00–140Real Sosyedad2000–0118000–00–1802001–0229300–00–2932002–0333310–00–3432003–0434300–81–424Total114910–81–12310Liverpul2004–05242000081–3232005–063535200100305352006–073241020150105142007–08192301040–2722008–093343010101–475Ümumi14315122404724021019Real Madrid2009–1034300–70–4132010–1134071–110–5212011–1236140–100215222012–1328070–100204702013–140000–000000Ümumi1324181–380411926Ümumi karyera40328323409338154035 1 O cümlədən FA Kuboku və Kral Kuboku 2 O cümlədən UEFA Superkuboku, FIFA Club World Cup, FA Community Shield and Supercopa de España
Milli komanda karyerası thumb|right|380px|Xabi Alonso Avro 2008 çərçivəsində Zaltsburqda keçirilmiş Yunanıstan – İspaniya matçının başlanğıc heyətində
Milli komanda Mövsüm Oyun Qolİspaniya 2002–03 1 0 2003–04 10 0 2004–05 6 0 2005–06 12 1 2006–07 8 0 2007–08 10 2 2008–09 14 4 2009–10 15 4 2010–11 10 1 2011–12 16 3 2012–13 5 0Ümumi karyera10715
İstinadlar
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniyada doğulanlar Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:Real Madrid FK məşqçiləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Bundesliqa məşqçiləri Kateqoriya:İspaniya ikinci B futbol divizionunun məşqçiləri Kateqoriya:İspaniya ikinci futbol divizionunun məşqçiləri Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:2009 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:La Liqa məşqçiləri