Fridrix Karl Kristian Lüdviq Büxner (; d. 29 mart 1824, Darmştadt — ö. 1 may 1899) — materialist Alman mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı.
Həyatı Baxışları L. Feyerbax və P. J. J. Kabanisin ideyalarının təsiri altında formalaşmışdır. Büxner üçün başlanğıc maddə ilə eyniyyət təşkil edən və bir sıraxassələrə, yaxud qüvvələrə (onlardan ə mühümü hərəkətdir) malik materiya anlayışıdır. Büxnerə görə, təbiətin aynası kimi başa düşülən fikir, şüur yüksək təşkil olunmuş materiyanın – beynin məhsuludur və ruhani yalnız beyin funksiyalarının məcmusudur. Büxner sosial darvinizm ideyalarının müdafiəçisi olmuş, yaşamaquğrunda mübarizəni (ka pitalist rəqabətini) sosial inkişafın əsası hesab etmişdir. 1881-ci ildə Azad fikirlilərin Alman İttifaqını yaratmışdır. Büxnerin ideyaları F. En gelsin materiyanın hərəkət formalarını təsnif etməsinə təsir göstərmişdir.Büxner// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 146.
Dialektik olmayan bir materializmin yorulmaz müdafiəçiliyini etmiş olan Büxner, kainata dair açıqlamanın əsas prinsipləri olaraq yalnız güc və maddəni götürmüş, mənəvi bir ruhun yaranmasından heç bir şəkildə söz edilə bilməyəcəyini dilə gətirmişdir.
Bu dialektik olmayan sistem Mexanizm adı ilə də açıqlana bilər. Pol Anri Holbax'ında xələfi olaraq görə biləcəyimiz bu mütəfəkkir, tam bir Hegel əleyhdarı olaraq düşünülə bilər.
İstinadlar
Kateqoriya:Ontoloqlar Kateqoriya:Materialistlər Kateqoriya:Ateist filosoflar Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Din tənqidçiləri Kateqoriya:XIX əsr həkimləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Alman dilində ədəbiyyat Kateqoriya:Almaniya filosofları Kateqoriya:Almaniya həkimləri Kateqoriya:Almaniyanın qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:Almanlar Kateqoriya:Elm filosofları Kateqoriya:Qeyri-bədii ədəbiyyat Kateqoriya:Tübingen Universitetinin müəllimləri Kateqoriya:XIX əsr ədəbiyyatı