Dağ Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 20 km şimal-qərbdə, Qomaret yaylasında yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 31
Tarixi Aran Qızılhacılı kimi "Dağ Qızlhacılı" da Qarapapaqlara bağlı tayfanın adındandır. XIX əsrin tarixi qaynaqlarında kəndin adına "Təhməzqulu-Qızılhacılı" şəklində rast gəlinir.
Əhalisi Kənddə 1870-cı ildə 25 ailədə 168 nəfər, 1926-cı ildə 67 ailədə 423 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 341 nəfər (156 nəfəri kişilər, 185 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 336 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Təhsil Kənddə ilk dünyəvi məktəb 1930-cu ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Məktəbdə 53 şagird təhsil almaqdadır.
İstinadlar
Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri