Krasnoyarsk ya da Qızıl Yar (original adı Xaqazca: Xızıl Çar, Хызыл ЧарБутанаев В. Я. Топонимический словарь Хакасско-Минусинского края. Абакан, 1995., , ) — şəhər, Sibirin iri mədəni, iqtisadi və elm mərkəzi, Krasnoyarsk diyarının inzibati mərkəziРеспонденты ВЦИОМ видят Красноярск столицей Сибири и Дальнего Востока // Dela.ru, 22.06.2012.
Xarakteristikası Nəhəng nəqliyyat qovşağı. Əsas iqtisadiyyat sahələri — kosmik sənaye, rəngli metallurgiya, elm və təhsil, hidrienergetika. Yenisey çayının hər iki sahilində, Qərbi Sibir düzənliyinin, Orta Sibir dağətəyi və Sayan dağının kəsişdiyi yerdə yerləşir. Ölkənin ən böyük elm-təhsil mərkəzi — təkcə Sibir Federal Universitetində 40 min tələbə təhsil alır; cəmi şəhərdə 150 min tələbə təhsil alır. Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk elmi mərkəzi, Krasnoyarsk regional innovasiya-texnoloji biznes-inkubatoru. Şəhər Rusiyanı Avropa Şurası yerli və regional konqresində təmsil edir. Sankt-Petrburq və Kazanla yanaşı ölkəni Ümumdünya birləşmiş şəhər və yerli hakimiyyətlər təşiklatının şurasının üzvüdür. Dəfələrlə "Rusiyanın ən abad (təmiz) şəhər" müsabiqəsinin qalibi olub.Красноярск вошел в число победителей конкурса "Чистый город" // Красноярск-Times, 23.11.2010 г. 1628-ci ildə yaranaraq Sibirin ən qədim şəhərləri arasında ən iri şəhərdir.
Statistika idarəsinin məlumatına görə 10 aprel 2012-ci il tarixinə Krasnoyarsk şəhərinin əhalisi 1 milyon nəfərə çatıb. 1 iyun 2012-ci il tarixinə artıq əhali 1003,9 min nəfər idi.
Krasnoyarsk aqlomerasiyasında 1,186 milyon nəfər əhali yaşayır.
Əhalisi
Həmçinin bax 2019 Qış Universiadası
İstinadlar
Xarici keçidlər Şəhər administrasiyası Krasnoyarsk şəhər şurası
Kateqoriya:Krasnoyarsk diyarının şəhərləri Kateqoriya:Rusiyanın milyon nəfərdən çox əhalisi olan şəhərləri Kateqoriya:Sibir