Eldar Şamxal oğlu Abasov () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doktorantura təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir.
Eldar Abasov ailəlidir, bir övladı var.
İş təcrübəsi haqqında 1975 — Azərbaycan Tibb İnstitutu, Laborant, Bakı ş. 1976–1979 — Revmatalogiya İnstitutu, Aspirant, Moskva ş. 1982–1987 — Elmi Tədqiqat Revmatologiya İnstitutu, Doktorant, Moskva ş. 1987–1990 — Azərbaycan Tibb İnstitutu, Professor, Bakı ş. 1990–1993 — Azərbaycan Həkimləri Təkminləşmə İnstitutu, Kafedra müdiri, Bakı ş. 1994–2006 — Artroloji mərkəz, Direktor, Bakı ş. 2006 — Azərbaycan Tibb İnstitutu, Professor, Bakı şeheri
İctimai-siyasi fəaliyyəti 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Eldar Abasov Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.
Azərbaycan Revmatoloqlar Assosasiyasının Prezidentidir.
İstinadlar
Kateqoriya:Qafan rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:91-lər