Uilyam Con "Liam" Nison (; ) — İrlandiya aktyoru.

Həyatı Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulmuşdur. Məktəb illərində boksla maraqlanmış, hətta burnunu da sındırmışdır. Nison boks üzrə idman karyerasını uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Kral Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam Əgər sabah açılsa mini-serrialına çəkilir. Bu miniserial onun karyerasında ən uğurlu filmlərindən biridir. 1999-cu ildə Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi filminə çəkilərək məşhurluq qazanır. Həmin ildə Böyük Britaniyanın kraliçası II Elizabet ona "Britaniya İmperiyasının Ordeni"nin ofiser vəzifəsini verir. 2008-ci ildə İrlandiya fondu ona İrlandiya incəsənətində gördüyü işlərə görə mükafat verir. Liam Nison katolik ailəsində dünyaya gəlməsinə baxmayaraq, İslam dininə böyük hörməti vardır.

Şəxsi həyatı Liam Nison 1994–2009-cu illər ərzində İngilis əsilli ABŞ aktrisası Nataşa Riçardson ilə ailə həyatı qurmuşdur. Amma Nataşa 2009-cu ildə qarlı dağ adlanan kurortda başına kaska qoymadan hərəkət etdiyi zaman ağır travma alır. Həkimlərin köməyini istəməyən Nataşa tez bir zamanda koma vəziyyətinə düşür. Bir müddət sonra xəstəxanada ailəsinin yanında vəfat edir. Nataşanın Liamdan iki oğlu Deniel və Maykl adlı övladları vardır.

Seçilmiş filmoqrafiya İl Film Rol1981 Ekskalibur Haveyn1986 Əgər sabah açılsa Andre Trenyan1986 "Delta" dəstəsiDelta dəstəsinin üzvlərindən biri1988 Yüksək ruhlar Martin Broqan1989 Qaranlıq adamı Peyton Uestleyk1990 Böyük adam Denni Skuler1992 Ərlər və arvadlarMaykl Qeyts1993 Şindlerin siyahısı Oskar Şindler1995 Rob Roy Robert Roy MakQreqor1996 Maykl Kollins Maykl Con Kollinz1996 Əvvəl və sonra Ben Ryan1999 Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi Kvay-Qon Cinn2002 Ulduz müharibələri. Epizod II: Klounların yürüşü Kvay-Qon Cinn2004 KinsiAlfred Kinsi2005 Simpsonlar Ata Şon2005 Ulduz müharibələri. Epizod III: Sithin qisası Kvay-Qon Cinn2011Naməlum adam (film, 2011) 2015Gecə təqibiJimmy

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya aktyorları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar