Qustav Maler ( [‘ɡʊstaf’ mailɐ]; ) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər.

Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı.

Çətin şəraitdə dünyaya göz açan Maler musiqi istedadını erkən yaşlarında göstərməyə başladı. 1878-ci ildə Vyana Konservatoriyasını bitirdikdən sonra Avropa opera teatrlarında yüksək vəzifələr yerinə yetirməklə böyük uğur əldə etdi, 1897-ci ildə Vyana Saray Operasında (Hofoper) drijorluğu isə vəzifəsinin ən yüksək zirvəsi idi. Vyanadakı 10 ili ərzində Maler Antisemit mətbuatı ilə düşmənçilik və qarşıdurma yaşamışdır. Bu mövqeyini qorumaq üçün dinini yəhudilikdən katolikliyə dəyişmişdir. Baxmayaraq ki, onun yüksək səviyyəli fəaliyyətindəki yaradıcı əsərləri və inadkarlığı görkəmli opera drijorlarından biri kimi, xüsusəndə Vagner ve Mozartın səhnə əsərlərinin tərcüməçisi kimi fəaliyyəti şöhrətinə təminat verirdi. Ömrünün sonlarında Maler Nyu York Metropolitan Operası və Nyu York Filarmoniyasının qısa müddətlik direktoru olmuşdur.

Həyatı

Ailə keçmişi Maler ailəsi Bohemiyanın şərqindən gəlmiş və çətin vəziyyətdə yaşayan ailə olmuşlar. Bohemiya o zamanlar Avstriya İmperiyasının bir hissəsi idi; Maler ailəsi Bohemiyalılar arasında alman dilli azlığa aid olan yəhudu idilər. Satıcının oğlu və bəstəkarın atası olan Bernard Maler, faytonçu və daha sonra mehmanxana sahibi olmaqla özünü kiçik burjuaziyanın sıralarına qata bilmişdir. Bohamiyada Kalisçt kəndində — Praqa ilə bugünkü Çex Respublikasının coğrafi ərazisi olan Moravia, Brnoarasındakı yolun təxminən üstündə yerləşən kiçik bir ev aldı. Bernardın arvadı Mari körpəliyində dünyasın dəyişən, 14 uşağın ilki olan oğlu İsadoru dünyaya gətirdi. 2 il sonra, 7 iyul 1860-cı ildə ikinci oğlu Qustav dünyaya gəldi.

Uşaqlığı 1860-cı ilin dekabrında Bernard Maler arvadı və körpə oğlu ilə birlikdə 25 km cənub-şərqdə yerləşən İglau (Jihlava) şəhərinə köçdü. O burada şərabçılıq və meyxana işi ilə məşğul olmuşdur. Ailə surətlə böyüyürdü ancaq İglauya köçdükdən sonra ailənin 12 uşağından altısı vəfat etmişdir. Iglau o zaman 20,000 əhalisi olan inkişaf edən ticari şəhər idi. Burada Gustav öz musiqisini küçə mahnıları, rəqs melodiyaları, xalq mahnıları və yerli hərbi orkestranın marşları ilə ictimaiyyətə təqdim etmişdir. Gustav 4 yaşında piano çalmağı öyrənmiş və tez bir zamanda incəliklərinə yiyələnmişdir. Baxmayaraqki, Qustav musiqi bəstələməyi sevirdi, İglau Gimnaziyasından gələn hesabatlar onun dərslərində müvəffəqiyyətli olmadığını göstərirdi. 1871-ci ildə daha yaxşı təhsil alması üçün atası onu Praqada Nyu Town Gimnaziyasına göndərdi, ancaq Qustav orada da uğurlu ola bilmədi və tezliklə İglauya qayıtdı. 1874-cü ildə uzun sürən xəstəlikdən sonra gənc qardaşı Ernstin vəfatı ona ağır zərbə oldu. Maler hisslərini ifadə etməyi musiqidə axtarırdı, dostu Josef Steinerin koməyi ilə, qardaşının əziz xatirəsinə həsr etdiyi Herzog Ernst von Schwaben (Suabiya hersoqu Ernst) operasını yazmağa başladı. Ancaq operanın nə musiqisi, nədə liberettosu günümüzə gəlib çatmışdır.

Tələbəliyi Gənc Maler məşhur pianoçu Julius Epsteinə imtahan verdi və 1875–1876-cı illərdə universitetə qəbul edildi. Epstein ilə piano dərslərində böyük uğurlar əldə etdi və ilk iki ilin sonunda mükafatlar qazandı. Son illərində, 1877–78-ci illərdə Robert Fuçs və Franz Krennin himayəsi altında bəstəkarlıq və hamoniya üzərində çalışmışdır. Konservatoriyada Malerin tələbə yoldaşları arasında yaxın dostluq etdiyi gələcək bəstəkar Hugo Volf da var idi. Volf Konservatoriyanın ciddi qayda-qanunlarına riayət etmədiyindən konservatoriyadan xaric edilmişdir. Maler də qayda-qanunlara o qədər də tabe olmamış, ancaq eyni taleyi yaşamamaq üçün Hellmesbergerə üzr məktubuyazmışdır. Onun tələbəsi olmamasına baxmayaraq Anton Bruknerin arabir mühazirələrində iştirak etmiş və ondan təsirlənmişdir. 1877-ci il, 16 dekabrda Bruknerin Üçüncü Simfoniyasının primyerasında iştirak etmişdir. Maler və başqa tələbələr sonralar simfoniyanın Bruknerə təqdim etdikləri piano versiyasını hazırlamışlar. 1878-ci ildə Maler Konservatoriyanı üstün nailiyyətlərə görə verilən gümüş medalsız olaraq bitirdi. Daha sonra Vyana Universitetinə qeydə alınmış və ədəbiyyat və fəlsəfə maraqlarını inkişaf etdirmək üçün bir neçə kurslarda iştirak etmişdir. 1879-cu ildə Universiteti bitirdikdən sonra Maler piano müəllimi kimi pul qazanmış, eləcə də bəstəkarlığa davam etmiş və 1880-ci ildə Das Klagende Lied (Musiqinin fəryadı) dramatik kantatasını bitirmişdir.

Bəstəkarın uşaqlığı 1860-cı ildə, Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində almanca danışan çoxuşaqlı yəhudi ailənin oğlu dünyaya gəldi. İçki düşkünü olan atanın ailəsinin ikinci övladı idi. Qorxu və sıxıntılarla keçən uşaqlığının izləri həyatı boyunca davam edir. Ailəsi o hələ uşaq olan zaman Cihlavaya köçdü. Bəstəkarın atası Bernard Maler, faytonçu və daha sonra mehmanxana sahibi olub. Anası isə Mari adlı qadın idi. Ata Maler bir gün Cihlavada evlərinin yaxınlığında olan meşəyə gedərkən balaca Qustavı da özülə aparır, amma vacib bir şeyi unutduğunu xatırlayıb oğlunu ağac kötüyünün üstündə oturdur, tez geri dönəcəyini deyib gedir. Evə gələndə çoxlu qonaqlarının gəldiyini görür. Evdə qonaqlara başı qarışan atası uşağı meşənin ortasında qoyduunu ancaq axşamüstü xatırlayr. Dərhal ora qaçır və Qustavı təbiətin gözəlliyinə heyran olmuş halda saatlardır eyni nöqtəyə baxan halda tapır. Qustav Maler hələ uşaqlıqdan duruşu və danışıq tərziylə yaşıdlarından fərqlənməyi bacarırdı. O, Bohemiyada keçən uşaqlığı dövründə xalq və sənət musiqisinin zəngin mühitində böyüyüb. Küçə mahnıları, salon musiqiləri, kafelərdə çalınan adi mahnılara qədər bir çox musiqi növləri ilə tanış olur. Bütün bunlar onun simfoniyalarına da öz təsirini göstərib.

Musiqi dühası erkən yaşlarından diqqəti öz üzərinə çəkməyi bacardı. Altı yaşında piano çalmağı öyrəndi, 10 yaşında olanda isə ilk konsertini verdi. Ailənin on dörd uşağından səkkizi uşaq yaşlarında vəfat etdi. Bunlar içində Qustava ən pis təsir edəni 1874-cü ildə qardaşı Ernistin uzun xəstəlikdən sonra vəfatı oldu. Bu zaman o, duyğularını musiqi ilə ifadə etmək üçün bir dostunun köməkliyi ilə qardaşının xatirəsinə opera yazmağa başladı, amma o əsərin nə musiqisi, nə də liberettosu günümüzə gəlib çata bildi.

Məktəb həyatında uğurlu olmayan Maleri atası Vyana Konservatoriyasının imtahanlarına göndərdi. 1875–76-cı illərdə konservatoriyaya qəbul olunan Qustav burada uğurlu oldu. 1878-ci ildə konservatoriyadan məzun olan Maler daha sonra Vyana Universitetinə qəbul oldu. Universitetdə ədəbiyyat və fəlsəfə dərslərinə çox diqqətlə yanaşırdı. Artur Şopenhauer və Fredrik Nitze kimi filosofların düşüncələri onun musiqisinə tələbəlik həyatından sonra da təsir göstərirdi.

1879-cu ildə universitetdən ayrılaraq piano dərsləri verməyə başladı. Müxtəlif piano və kompazisiya mükafatları qazandıqdan və konservatoriyanı bitirdikdən sonra bir tərəfdən özünü bəstəkar kimi qəbul etdirməyə çalışırdı, bir tərəfdən də musiqi dərsləri verərək yaşamağa çalışırdı.

Bu müddətdə o, ilk önəmli əsəri olan "Das Klagande Lied" kontatasını bəstələdi. Sonrakı il konservatoriyanın keçirdiyi yarışa bu əsərlə qatıldı, amma "Bethoven Kompazisiyası Mükafatı"nı qazana bilmədiyi zaman orkestrda drijorluğa başladı. Bu müddətdə o, əsər bəstələməyi uzun yay tətilinə saxladı. Ona görə Qustav "yay bəstəkarı" kimi tanınır.

Orkestrin bədii rəhbəri

Qustav Maler sonrakı 17 il müddətində orkestr rəhbərliyində addım-addım yüksəlməyə başladı. O, drijor olaraq "yazılan notların əməl edilməli olan müqəddəs mətinlər olmadığı" düşüncəsilə hərəkət edirdi. Leipziq, Praqa, Budapeşt kimi vacib opera mərkəzlərində çalışdı. 1891–1897-ci illərdə Hampurq opera mərkəzində vəzifəyə keçdi və drijor olaraq böyük şöhrət qazandı. Bu uğurları nəticəsində Qustav 37 yaşında olarkən Avropa üçün böyük əhəmiyyət kəsb edən Vyana Kral Operasında sənət rejissoru oldu. Maler Vyana Kral Operasının sənət rejissorluğuna 1897-ci ildə gətirildi. Daha əvvəl heç bir yəhudi bu vəzifəyə gətirilməmişdi. Maler də bu vəzifəni qəbul edə bilməsi üçün dinini dəyişdirərək katolik olmalı idi.

Məşhur drijor qurumun bədii rəhbəri olduğu 10 il müddətində Vyana Kral Operasına bu gün də davam edən bir sıra qaydalar gətirdi. Məsələn, gec gələn tamaşaçıların səhnənin sonuna qədər salona girməsinin qarşısını almaq tətbiqini gətirən ilk odur. Opera səhnələrini simvollar vasitəsilə sadələşdirməyə çalışdı. Bu mövzuda səhnə dizaynçısı olaraq işləyən rəssam Alfred Roller onun köməkçisi oldu. Vyana qəzetlərində Malerə qarşı aparılan antisemit kompaniya 1907-ci ildə onu ayrılmaq məcburiyyətində buraxana qədər vəzifəsini davam etdirdi. O, bundan sonra duyğularını bu cür ifadə edib: "Həyatda üç qat vətənsizəm – Avstriyada bohemiyalı kimi, Almaniyada avstriyalı,, dünyada isə yəhudi kimi tanındım".

Bəstəkarlığının ilk dövrü Maler Vyanada drijorluğa başladığı 1897-ci ilə qədər 3 simfoniya bəstələdi. "Titan" başlıqlı birinci simfoniya 1884–1888-ci illərdə bəstələndi. Əsər ilk dəfə 1899-cu il 20 noyabrda Budapeştdə səsləndirildi. 1897–1904-cü illərdə yazdığı ikinci simfoniyası "Ölümdən sonra diriliş simfoniyası" kimi tanınır. Əsər Bethovenin "Koral Simfoniyası"nın təsiri ilə yazılıb. 1893–1896-cı illərdə yazılan altı bölümdən ibarət, üçüncü simfoniyası isə bəlkə də bu günə qədər yazılan ən uzun simfoniyadır. Bəstəkar bu əsəri bəstələyərkən Bethovenin "Pastoral Simfoniyası" ilə Hektor Berliozun "Fantastik Simfoniya"sını örnək alıb.

Bəstəkarlığının II dövrü.

Maler Vyanada orkestrin bədii rəhbəri olduğu zaman ağır iş rejiminə baxmayaraq, 5 simfoniya bəstələdi. 1899–1901-ci illərdə yazdığı dördüncü simfoniya daha əvvəl bəstələdiyi "Das himmlische Leben" adlı mahnı əsasında yazıldı. Bu əsər onun ilk dövr bəstələrindən sayılır. 1901–1902-ci illərdə yazdığı beşinci simfoniyanın ilk səsləndirilməsi isə 1904-cü ildə Kölndə həyata keçdi. 1903–1904-cü illərdə, həyatının ən xoşbəxt dövründə yazdığı altıncı simfoniyasında "Həyatın zərbələri"ni ifadə etmək üçün səhnədə böyük çəkic saxladı. Bu əsər "Faciəvi Simfoniya" kimi tanınır. 1904–1905-ci illərdə bu ümidsizlikdən xilas olmaq üçün yazdığı yeddinci simfoniya "Gecənin mahnıları" kimi tanınır. Bu üç simfoniya instrumental əsərdir. Dini mövzuda yazılan səkkizinci simfoniyada isə çoxlu sayda instrumental və vokal səsə ehtiyac olduğu üçün "Minlər Simfoniyası" adlanır.

Evliliyi və uşaqları Rəssam Emil Yakob Şindlerin gözəlliyi dillər əzbəri olan qızı Alma kiçik yaşlarından ədəbiyyat və teatrla maraqlanırdı, amma ən böyük bağlılığı musiqiyə idi. Gənc vaxtlarında qatıldığı tədbirlərdə duruşu, cazibədar görünüşü, hərəkətlərilə diqqətləri üzərinə çəkməyi bacarırdı. Almaya hətta "Vyananın ən gözəl qızı" deyirdilər. Onun bir rəssamla və sonra musiqi dərsləri aldığı bəstəkar Zemlinski ilə yaşadığı gənclik eşqləri uzun sürmədi. Alma Şindlerin ən böyük istəyi bəstəkar olmaq idi. Qustav Maler ona ilk baxışdan heyranlıq duydu və çox keçmədən evlənmə təklif etdi. Ailəsi evliliyə qarşı çıxdı, bundan əlavə Maler yazdığı bir məktubda "eyni dam altında iki bəstəkar ola bilməz" yazanda dəhşətə gəldi.