Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park.
Tarixi Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır"Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı. .
Məqsədi Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır "“Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”nin və həmin Müqaviləyə dair Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 4 aprel 2006-cı il tarixli, 88-IIIQ nömrəli Qanunu. . Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur.
Ərazisi Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. "Gülalan gölü" qoruğu bu Cəmiyyətin nəzdindədir.
Qalereya
İstinadlar
Həmçinin bax Azərbaycan Milli Parkları Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Kateqoriya:Azərbaycan milli parkları Kateqoriya:2012-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:5 noyabrda yarananlar Kateqoriya:Xaçmaz rayonu