Səidə Əbülfəz qızı Quliyeva () — Azərbaycan teatr və kino aktrisası,Quliyeva, S. "Xəmirdən yalnız çörək bişirilmir": Səidə Quliyeva sənət potensialının çox az hissəsini xərcləyib: [Aktrisa ilə söhbət] //Mövqe.- 2011.- 12 fevral.- S. 13. Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019).

Həyatı Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular" əsərində Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır.

Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Ailəsi Səidə Quliyeva Tofiq Quliyevin qardaşı oğlu Rüfət Quliyev ilə evli idi. Onkoloji xəstə olmuş Rüfət Quliyev 4 iyun 2024-cü il tarixində ölmüşdür.

Filmoqrafiya Adam ol! (film, 2005) — Səidə Afaqın məhəbbəti (film) — Afaq Ağ atlı oğlan (film, 1995) — filmi səsləndirən: Şəhla (Laləzar Mustafayeva) Aramızda qalsın (teleserial, 2011) — Dilbər Atayevlər ailəsi (film, 1978) — Reyhan Ayrılıq imiş (film, 2008) — Sonaxanım Azarkeş (film, 2008) — Səkinə Bala-başa bəla! (film, 1995) — İzzət Nəfisli Bəyaz həyat (film, 2003) — Lalə Bizi bağışlayın (film, 1979) — Klara (gənc) Bizim qəribə taleyimiz (film, 2005) — filmi səsləndirən Böyük ömrün davamı (film, 2007) Cəza (film, 1996) Dəvətnamə (film, 2003) — Məleykə Fədakar (film, 2015) — qonşu "Fransız" (film, 1995) — Əlibalanın nişanlısı Gülüş sanatoriyası (film, 1989) — mətni oxuyan Günahsız Abdulla (film, 1984) — Fatma Günaydın, mələyim! (film, 2008) — filmi səsləndirən: Raya (Gülşad Baxşıyeva) Hansı peşə yaxşıdır (film, 1982) Haray (film, 1993) — ana Heydər Əliyev (film) İtkin gəlin (film, 1994) Kökdən düşmüş piano (film, 1982) — Gülər Ordan-burdan (film, 1987) — Reyhan "Qayınana" əməliyyatı (film, 1999) — Naznaz Qeybdən gələn səs (film, 2002) — Balacaxanım Qəzəlxan (film, 1991) — filmi səsləndirən: Xanım (Həmidə Ömərova) Qonşu qonşu olsa... (film, 1989) — Müzəffərin arvadı Məhəbbətin familiyası (film, 1977) — gənc qız Mən mahnı qoşuram (film, 1979) — kənd sakini Milli bomba (film, 2004) — Əbdülqəninin qızı Min birinci söz (film, 1997) Nekroloq (film, 2001) — Elmira Sabiqlər (film, 1999) Sabiqlərin yeni sərgüzəştləri (film, 2000) Sarıköynəklə Valehin nağılı (film, 1980) — Sənubər Susmuş vicdan (film, 2010) Sürəyya (film, 1987) — müəllimə Şahid qız (film, 1990) — filmi səsləndirən: tibb bacısı Rzayeva (Sona Mikayılova) Təxribat (film, 1989) Tənha durna uçuşu (film, 2003) — Firəngiz Topal Teymur (film, 1983) — Meliça Ultionis Vəkil hanı? (film, 2011) — Nisə xala Yaramaz (film, 1988) — Hətəmin keçmiş arvadı Yerlə göy arasında (film, 1999) Yoxlama (film, 2006) — lal-kar qonşu Yollar görüşəndə... (film, 1979) — Çiçək Yük (film, 1995) — filmi səsləndirən: Sona xanım (Nailə Əliyeva)

İstinadlar

8. https://news.milli.az/culture/695542.html 9. https://news.milli.az/culture/611288.html 10.https://news.milli.az/culture/18540.html

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları