Hilal Məmmədov () — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi.
Həyatı 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır.
2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdənNovruzəli Məmmədov həbsxanada dünyasını dəyişdi sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdirRATİ BƏYANAT YAYDI.
Həbsi 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilibAzərbaycanda daha bir jurnalist həbs edildi . İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər.
Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada, Kişinyovda, Berlində, Haaqada, Bakıda etiraz aksiyaları keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidentinə, o cümlədən dünyanın bir sıra nüfuzlu ictimai xadimlərə Hilal Məmmədovun həbsdən azad olunması ilə bağlı müraciətlər edilmişdir.
Hazırda məhkəməsi qapalı şəraitdə keçirilir.Hilal Məmmədovun məhkəməsinin qapalı olmasına etiraz
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Astara rayonunda doğulanlar Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Talış-Muğan böhranı Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:Fizika-riyaziyyat elmləri namizədləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Qəzet redaktorları Kateqoriya:Azərbaycanda insan hüquqları pozuntuları