Anfisa Çexova (Rusca:Анфи́са Алекса́ндровна Че́хова) - rus tele-aparıcısı və aktrisası. 21 dekabr 1977-ci ildə Moskva şəhərində anadan olmuşdu. Məşhur "Anfisa Çexova ilə seks" erotik şousunun aparıcısı idi.
Həyatı Anfisa Çexova 21 dekabr 1977-ci ildə Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqda üç məktəb dəyişib. Sonralar o musiqi karyerasına başlamağa qərar alır və "Безумные светлячки" adlı musiqi qrupuna daxil olur. Daha sonra o Muz TV kanalından proqramların birinə teleaparıcı kimi işləməyə dəvət alır. 2005-ci ildən Anfisa TNT kanalında Anfisa Çexova ilə seks proqramını aparmağa baçlayır. Burada o bir neçə ampluada çıxış edirdi. Şəxsi həyat 2009-cu ildən aktyor Quram Babişvili ilə görüşdüyü bildirilir. 2012-ci ilin fevral ayında, Anfisa ondan hamilə olduğunu bildirir. 31 may 2012-ci ildə cütlüyün Solomon adlı oğlu dünyaya gəldi.
Filmoqrafiya 2004 — Mən səni sevirəm (film, 2004) — barda ofisiant 2006 — Xoşbəxtik birlikdə (teleserial) (kameo) 2008 — Kaleydoskop (film) — medsestra 2008 — Hitler kaput! (film) — şifrələyici-teleaparıcı 2008 — Mənim sevimli cadukərim (teleserial) — Li Bidova 2008 — Univer — kameo 2010 — Nişan üzüyü — 5 seriya, kameo 2012 — Rjevskiy Napoleona qarşı — rieltor
Teatral rollar 2009 — "Однажды знойной ночью (спектакль)" — Лола 2009 — "8 женщин (спектакль)" — ?
Səslənmə 2008 — "Asteriks Olimpiya oyunlarında" — madam Veteraniks 2012 — "Vintdən 3D (animasiya)"
Web link
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktrisaları