Si Yabqu xaqan (əsl adı Aşina Sıli 阿史那咥力; ) — Qərb Göytürklərinin hökmdarı.

Hakimiyyəti Xaqanlığa Nuşibilərin dəstəyi ilə Bağatur xaqanı devirərək gəlmişdi. Seyanto xanlığına hücum etmiş və məğlub olmuşdu. Xarakter cəhətdən çox pis olan, tez əsəbiləşən xaqan bir çox qohumunu öldürmüşdü. Aşina Nişu da öldürüləcəyindən qorxaraq Qaraşar şəhərinə qaçmışdı. Nuşibi fraksiyasının başçısı Mubi Tarxan ordusu ilə hücuma keçərək xaqanı hakimiyyətdən qovdu. Xaqan Qanqlıların yanına qaçdı və Bəlx şəhərini yağmalayarkən öldü.L.M.Qumilyov :Eski Türkler,, Selenge yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8, OCLC 52822672, səh. 265-266

İstinadlar

Kateqoriya:Qərbi Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi