I Afonso (; ) — Portuqaliya krallığının ilk kralı. Kastiliya və Leon krallığının tabeliyindəki Portuqaliya qraflığının müstəqilliyini əldə edərək Portuqaliya krallığının əsasını qoydu. Bu səbəblə, bir çox yerli tarixi mənbədə Fateh () və Bani () ləqəbiylə anılır.
Burqundiya hersoqu I Robertin nəvəsi Henri və Kastiliya və Leon kralı VI Alfonsonun qızı Leonlu Terezanın ən kiçik övladı idi. Atasının ölümündən sonra formal olaraq taxt-taca sahiblənsə də, azyaşlı olması səbəbilə anası dövlət idarəsini ələ aldı. Ancaq onun Qalisiya əsilli sevgilisi Fernando Perez de Travanın təsiri altında olması yerli zadəganların etirazına səbəb olmuşdu. Nəticədə 1128-ci ildə anasının tərəfdarlarını məğlub etdi və onu siyasətdən təcrid edərək təkbaşına hakimiyyəti ələ aldı. Ətrafına topladığı yerli əyanların dəstəyilə 1139-cu ildə müstəqilliyini elan etdi və beləcə, ilk Portuqaliya kralı oldu.
1146-cı ildə Savoyya qrafı III Amadeyin qızı Matilda ilə evləndi və cütlüyün bu nigahdan yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. Bunlardan başqa kralın məşuqələrindən dünyaya gələn bir neçə nigahdan kənar övladı da vardı.
Urraka, Leon kraliçası Tereza, Burqundiya hersoginyası I Sanço, Portuqaliya kralı
Cənubdakı mavrlara qarşı uğurlu hərbi səfərlər tərtiblədi. 1147-ci ildə səlibçilərin yardımıyla, Santaren və Lissabon şəhərlərini fəth etdi. 1141-ci ilin yayında Leon krallığı üzərində parlaq qələbə qazandı və beləcə, Portuqaliya krallığının müstəqilliyi tanındı. Papa III Aleksandrdan aldığı 1179 tarixli əhdnamə ilə krallığının suverenliyini təmin etdi. 1185-ci ildə vəfat etdi və yerinə oğlu I Sanço taxta çıxdı.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Portuqaliya kralları Kateqoriya:Portuqaliya qrafları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri