Rafiq Niftəliyev (tam adı: Rafiq Həbibulla oğlu Niftəliyev; ) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı (1993–2002), Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı (2002–2012).
Həyatı Niftəliyev Rafiq Həbibulla oğlu 1945-ci il sentyabrın 21-də Qusar rayonunda anadan olmuşdur. 1963-cü ildə Qusar şəhər orta məktəbini, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1963-cü ildən l.Şmidt adına Maşınqayırma Zavodunda başlamışdır. 1964-cü ildən Bakı Çayçəkici Fabrikində, 1968-ci ildən Azərbaycan "Neftlahiyə" Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.
1975-ci ildən Xaçmaz rayonunun Qoçaqlı kənd 8 illik məktəbində, 1977-ci ildən İnqilab kənd orta məktəbində müəllim və direktor müavini, 1987-ci ildən Xaçmaz Rayon Xalq Təhsili Şöbəsi müdirinin müavini işləmişdir. 1970–1990-cı illərdə Bakı və Xudat Şəhər Xalq Deputatları Sovetlərinə deputat seçilmişdir.
1991-ci ildən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, 1993–2002-ci illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2012-ci illərdə isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
İstinadlar
Kateqoriya:Xaçmaz Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ağdaş Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycanın yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri