Explosions in the Sky — 1999-cu ildə Ostin, Texasda qurulmuş post rok qrupudur. Explosions In The Sky, post rok deyiləndə ağla ilk gələn qruplardan biridir. Digər bir çox post rok qrupları kimi, musiqiləri yavaş və epiktir. Mahnılarının hamısı instrumentaldır. Ancaq, qrup eyni tərz musiqiçilər arasında, dərhal seçilən bir tərzə malikdir.

2000-ci ildə "How Strange, Innocence" albomunu çıxardan qrup, xüsusilə 2001-ci ildə çıxartdığı "Those Who Tell The Truth Shall Die, Those Who Tell The Truth Shall Live Forever" adlı albomuyla musiqi bazarında çox yaxşı müvəffəqiyyət əldə etdi. 2003-cü ildə çıxartdıqları albomları "The Earth Is Not A Cold Dead Place" ilə şöhrətini daha da artıran qrup, 2005-ci ildə nümayış olunan Friday Night Lights adlı filmin musiqilərinin də böyük bir hissəsinə imza atdı. Qrup, 2005-ci ildə isə "The Rescue" adında bir albom çıxartdı. 2007-ci ilə gəldikdə isə "All Of A Sudden I Miss Everyone" adlı albomunu çıxaran qrup, son olaraq 2011-ci il aprelində "Take Care, Take Care, Take Care" albomunu dinləyicilərinə təqdim etdi.

Diskoqrafiya

Studiya albomları 2000 — How Strange, Innocence 2001 — Those Who Tell the Truth Shall Die, Those Who Tell the Truth Shall Live Forever 2003 — The Earth Is Not a Cold Dead Place 2005 — The Rescue 2007 — All of a Sudden I Miss Everyone 2011 — Take Care, Take Care, Take Care

Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:1999-cu ildə yaranan musiqi qrupları Kateqoriya:ABŞ rok-qrupları Kateqoriya:Post-rok qrupları