Mehriban Mürvət qızı Zəki () — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın Xalq artisti (2018), Prezident mükafatçısı.
Həyatı Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.
2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir.
1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir.
O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Təltiflər və mükafatları Mehriban Zəki 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. O, həmçinin, aşağıdakı təltiflərin də sahibidir: 1993 — Aşqabadda keçirilən "Novruz 93" Teatr Festivalı "Xatun"mono-tamaşasına görə "Ən yaxşı teatr rolu" adı 1996 — Alma-Atada keçirilən Cambul Cabayev Festivalı "Ən yaxşı dastançı" adı 1998 — Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adıZəki, M. "Rejissorlarımız üçün qadın maraqlı deyil": [Əməkdar artist Mehriban Zəkinin "Kulis.az" saytına müsahibəsi] //Ekspress.- 2014.- 27–29 dekabr.- S.21.Qurbanlı, R. Sənətdə uğurun Mehriban Zəki formulu: [Əməkdar artist haqqında] //525-ci qəzet.- 2015.- 13 iyun.- S.25. 2005 — "Şərq-Qərb" Kinofestivalında "Küçələrə su səpmişəm" filmində "Ən yaxşı qadın" nominasiyası 2015 — Azərbaycan Kinematoqrafçılar İttifaqının "Son illərin yaradıcı uğurlarına görə" mükafatı 2018 — Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı 2026 — "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı)
Teatrda + Teatr Əsər SahibiRol Azərbaycan Dövlət Yuğ Teatrı "Salam" Heydərbabaya salam Məhəmmədhüseyn ŞəhriyarYaşıl donlu"Oğul" Kitabi-Dədə QorqudDastanBanu Çiçək"Açar" Sirlər xəzinəsiNizami GəncəviTülküSəma (Dəhnamə)I İsmayılPəriSentimental valsAnton ÇexovMimAdam uşağıVaqif İbrahimoğluLavaniƏn gülməli ölüVaqif Bayatlı OdərQırmızı rəng "İbrus" Teatrı Şirə bənzər Rüstəm İbrahimbəyovLenaArabir görüşməyə kişi axtarıramQadınİvan Buninin son döyüşüBaninO və onlarO Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Füzuli və Əsmər Mirmehdi SeyidzadəƏsmərMüsyö İbrahim və Quran çiçəyiErik Emmanuel ŞmittAnaSənsizŞıxəli QurbanovSevincBayquş gəldi, yaxud bir az məhəbbətdən danışaqMaqsud İbrahimbəyovZəhraAzərbaycan Dövlət Akademik Rus Dram TeatrıMərasimEjen İoneskoMarqaritaƏSA TeatrıGöy QuşMoris MeterlinkGecəAxtarışAlber KamyuAna
Filmoqrafiya Filmin adı İl Rol Filmi səsləndirən Vokal (mahnı ifa edən) Bəstələrindən istifadə edilən filmlər Filmin növü Ümid 1995Jurnalist qızTammetrajlı bədii film Oyun 1996Qısametrajlı bədii film Ailə 1998Elmiratammetrajlı bədii film Dədə Qorgud dünyası 1999aparıcıSənədli film Otel otağı 1998LətifəTammetrajlı bədii filmEtimad telefonu2001LaləTammetrajlı bədii film Səhhət Veys 30 il sonra 2001Qısametrajlı sənədli film, AzTVBir anın həqiqəti2003Çoxseriyalı bədii filmKüçələrə su səpmişəm2004TeybəTammetrajlı bədii filmMəkanın melodiyası2004GülyaTammetrajlı bədii filmƏlvida, cənub şəhəri2006MayaTammetrajlı bədii filmDüyün2008NərminəQısametrajlı bədii filmHökmdarın taleyi2008Cavad xanın arvadıTammetrajlı bədii filmYalançılar2008NərminQısametrajlı bədii filmQaranlıqlar çiçəyi2011Teleserial Çölçü 2012Qısa saçlı qız (Salome Demuria)Tammetrajlı bədii filmSirr2012XalidəTeleserialHəyat çiçəyi2013Bahar QuliyevaTeleserialAxınla aşağı2014LeylaTammetrajlı bədii film Beş dəqiqə 2015Jurnalustqısametrajlı bədii film Qatil 2015Qadın (Eka Çxeidze)Tammetrajlı bədii filmƏli və Nino2015Sultan xanımTammetrajlı bədii filmYarımçıq xatirələr2015Janna (Gülzar Qurbanova)Tammetrajlı bədii filmİçəri şəhər2016Arzunun anasıTammetrajlı bədii filmQırmızı bağ2016Tammetrajlı bədii filmAzərbaycan Atabəyləri2024Möminə XatunTammetrajlı bədii filmTağıyev:Sona2025Ayna ƏrəblinskayaTammetrajlı bədii film
İstinadlar
Xarici keçidlər "Düyün" filmindən fraqmenti izlə sayt YouTube "Yalançılar" filmindən fraqmentləri izlə sayt YouTube "Əlvida, Cənub Şəhəri" filmindən fraqmenti izlə sayt YouTube Мехрибан Зеки о том, как театры пытаются конкурировать с Instagram — ИНТЕРВЬЮ — ФОТО "Nəyə görə yaşamağa dəyər?" — Mehriban Zəki-50
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycanlı aktrisalar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları