Qızqayıt Salman qızı Həsənova () — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1948).
Həyatı Qızqayıt Həsənova 1924-cü ildə hazırkı Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1948-ci ildə "Lenin" ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib.
Qızqayıt Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib.
Qızqayıt Həsənova V–VI çağırış SSRİ Ali Sovetinin, II–X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib.
Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub.
Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 2012-ci ildə 88 yaşında vəfat edib.
Təltif və mükafatları Sosialist Əməyi Qəhrəmanı (10.03.1948) 4 "Lenin" ordeni (10.03.1948; 08.04.1971; 12.12.1973; 10.03.1982) "Oktyabr inqilabı" ordeni (27.12.1976) "Qırmızı əmək bayrağı" ordeni (30.04.1966) "Əmək igidliyinə görə" medalı (07.03.1960) "Xalqlar Dostluğu" ordeni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (02.10.2002) medallar
İstinadlar
Mənbə
Həmçinin bax Muğan qızı (film, 1972)
Kateqoriya:Hacılar Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:SSRİ pambıqçıları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları