Əbussüud Əfəndi ( , )İsmail Hâmi Danişmend, Osmanlı Devlet Erkânı, Türkiye Yayınevi, İstanbul, 1971, p. 114. — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.34. və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər.

Həyatı Əbussüud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussüud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussüud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussüud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir.

Əbussüud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussüud ölümünə qədər bu vəzifəni icra etmişdir.Schneider, 192. O, Süleymanın Yezidiləri öldürməsi və Səlimin Kiprə hücumu ilə bağlı fətva vermişdir. Əbussüud həmçinin İran və ya Osmanlı torpaqlarında yaşamasından asılı olmayaraq qızılbaşları "bidətçi" adlandıran fətvalar vermiş və onların öldürülməsinin qanuna görə icazə verilməsi ilə yanaşı, tərifə layiq görüləcəyini də bəyan etmişdir.

O, məhkəmə islahatlarından əlavə, verdiyi fətvaların müxtəlifliyi ilə də yadda qalıb. Bunlar arasında onun Qaragöz oyunlarına və o dövr üçün yenilik olan qəhvə istehlakına icazə verən rəyləri xüsusilə fərqlənir.Schneider, 193. Əbussüud Əfəndi 1545–1574-cü illərdə İstanbul müftisi olmuşdur.

Əbussüud Əfəndi 23 avqust 1574-cü ildə ölmüşdür. Onun məzarı Əyyubsultandadır.

Əsərləri Bilinən 22 ədəd əsəri ilə müxtəlif risalələri vardır. "İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim" adlı təfsiri sahəsində ən əhəmiyyətli əsərlərdən qəbul edilir.

Təfsir

İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim (Ərəbcə təfsir), Maak idi t-tarraffi əvvəli sureti'l-Feth minel-Keşşaf Təfsiri surətis(n)i-Furtan Dəf sini surətis(n)i Möminin Risalə fi bəhsi imani'l-Firavn

Hüquq

Fətavayı Ebussuud Əfəndi, Qanunnaməs-i Əli Osmanı (Fateh dövrünə adını verən qanun) Maruzaat (müxtəlif fiqhi və əməli hökmlər), Ərazini Haracıyye və Oşriyə Hacında Qanun və Fətvalar, Risalə fi vəqfis(n)i-məhrum kül vən-nufçud, Bidaatü'l-kadi li-ihtiyacihi fil-gələcək vəl-keçmiş, Fe-tava Katiblərinə Tənbeh, Əl-Fetva'l müteallikti bı-beyanı'I-valftı'I-muteber e lı'l-hasad və istihlak) I-galat, Gamezatü I-melih fi əvvəli mebahisi sıxarıl-amm mine't-Telvih, Sevakjbii'l-enzar fi evaılı Menarı'l-envar, Hasmü'l-hılaffi'l-mesh ale'l-htfaf, Risalə fi val^fi'I-arazi və bəzi ahkami'l-vakj, Rishile fi qeydiyyatıs(n)ı-evkaf Risalə fi vakfı't-tavahin al/götürəs(n)i-arzı'l-mevkufe li'l-gayr. Öşür Haqqında Risalə

Dil və ədəbiyyat

Calatüt-ı Ebussuud (Gala-tât-ı Avam), el-Kasîdetü'l-mîmiyye, el-Kasâidü'l-Arabiyye, Ka-sîde fi nsai's-Sultân Süleyman, Münşeat-ı Ebussuud. Galatat (yanlış kullanılan kelimeler), Kaside-i Mimiyye (Arapça şiir) Sevâkibü’l-Enzâr fi Evâili’l-Menâr Ğamazâtu’l-Melih Sevâkibü’l-Enzâr fi Evâili Menâri’l-Envâr fi’l-Usûl

Akaid

Risale fi beyanı'I -kaza ve'l-kader

Tip

Risale li-ecli'ttaûn Duânâme-ı Ebussu-ûud (Duaname yalın bir dil ilə yazılmış dualar və hadisler), Risale fi ediyeti'l-me'sûre Risale-i Mergûbe Mecmua-ı Deavât

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1490-cı ildə doğulanlar Kateqoriya:1574-cü ildə vəfat edənlər Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Osmanlı şeyxülislamları Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Matüridilər Kateqoriya:Müftilər Kateqoriya:XVI əsr şairləri Kateqoriya:Hənəfilər Kateqoriya:XVI əsr Osmanlı imperiyası şəxsləri