Şindlerin siyahısı () — Stiven Spilberqin rejissorluğu və Stiven Zaillyanın ssenaristliyi ilə çəkilmiş 1993-cü il istehsalı epik tarixi dram ABŞ filmi. Avstraliya yazıçısı Tomas Kenillinin "Şindlerin gəmisi" romanı əsasında çəkilmişdir. Film Sudet almanı olan Oskar Şindler adlı biznesmenin İkinci dünya müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə alaraq Holokostdan xilas etməsindən bəhs edir. Filmin əsas rollarında Liam Nison (Oskar Şindler), Relf Fayns (SS zabiti Amon Qöt) və Ben Kinqsli (Şindlerin yəhudi mühasibatçısı İtshak Ştern) çıxış edirlər.
Şindler yəhudiləri haqqında film ideyası ilk dəfə 1963-cü ildə peyda olmuşdur. Şindler yəhudilərdən biri olan Poldek Pfefferberq Şindlerin hekayəsini işıqlandırmağı öz missiyası kimi təyin etmişdi. Spilberq müdiri Sidney Şeynberqin ona "Şindlerin arkı" kitabının tənqidini göndərməsindən sonra layihə ilə maraqlanmağa başlamışdır. Universal Pictures romanın müəlliflik hüquqlarını almış, lakin Spilberq Holokost haqqında film çəkməyə hazır olduğuna əmin olmadığına görə özü filmin rejissoru olmağa qərar verməzdən öncə bir neçə şəxsə filmin rejissoru olmağı təklif etmişdir.
Əsas çəkilişlər Polşanın Krakov şəhərində başlamış, 72 gün davam etmiş və 1993-cü ildə başa çatmışdır. Spilberq filmə sənədli film kimi yanaşdığından onu ağ-qara çəkmişdir. Kinematoqraf Yanuş Kaminski filmə vaxtsızlıq hissi vermək istəmişdir. Con Vilyams filmin musiqisini bəstələmiş, skripkaçı İtzhak Perlman isə filmin əsas musiqisini ifa etmişdir.
"Şindlerin siyahısı" filminin premyerası 30 noyabr 1993-cü ildə Vaşinqton şəhərində baş tutmuşdur və 15 dekabr 1993-cü ildə ABŞ-də buraxılmışdır. Tez-tez bütün dövrlərin ən yaxşı filmləri arasında göstərilən film 22 milyon ABŞ dolları olan büdcəsinə qarşılıq 322 milyon ABŞ dolları gəlir əldə etmişdir. Film Ən yaxşı film, Ən yaxşı rejissor, Ən yaxşı adaptasiya olunmuş ssenari və Ən yaxşı orijinal musiqi nominasiyaları daxil olmaqla 7 Oskar mükafatına (12 nominasiyadan) və bir çox mükafatlara (7 BAFTA və 3 Qızıl qlobus mükafatı daxil olmaqla) layiq görülmüşdür. 2007-ci ildə ABŞ Film İnstitutu filmi bütün dövrlərin ən yaxşı 100 ABŞ filmi siyahısında 8-ci yerdə göstərmişdir. Konqres Kitabxanası 2004-cü ildə filmin ABŞ Milli Film Arxivində saxlanması barədə qərar qəbul etmişdir.
Rollarda thumb|upright|Liam Nison Oskar Şindler rolu üçün seçilmişdi.
Qeydlər
İstinadlar
Mənbələr
Xarici keçidlər
Şindlerin siyahısı Amerika Film İnstitutunun Film Kataloqunda
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Stiven Spilberqin filmləri Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Holokost filmləri Kateqoriya:Almaniya haqqında filmlər Kateqoriya:Yəhudilər və iudaizm haqqında filmlər Kateqoriya:İvritcə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Polyakca filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:ABŞ-nin tarixi dram filmləri Kateqoriya:Bəstəkar Con Vilyamsın filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Amblin Entertainment filmləri Kateqoriya:Stiven Spilberqin prodüseri olduğu filmlər Kateqoriya:Köləlik haqqında filmlər Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Holokost zamanı yəhudilərin xilası Kateqoriya:Cerald Robert Molenin prodüseri olduğu filmlər