Boris Qriqoryeviç Kolker (; 15 iyul 1939, Tiraspol, Moldova MSSR, SSRİ) — sovet esperantoloqu, dil pedaqoqu və tərcüməçi, müxtəlif bilik səviyyələri üçün bir neçə esperanto dili dərsliyinin müəllifi.

Həyatı Boris Kolker 15 iyul 1939-cu ildə Moldova MSSR-in Tiraspol şəhərində doğulmuşdur. Anası - iqtisadçı Fanya Samoylovna Kolker Xarkov Ticarət İnstitutunun məzunudur; atası — Qriqori Davidoviç Kolker, tərtibatçı-rəssam və fotoqrafdır. 1940-cı ildə ailə Kişinyova köçmüşdür. 1944-1965-ci illərdə Moldova SSR-nin Kişinyov şəhərində, 1965-1993-cü illərdə isə Başqırdıstan MSSR-in Birsk və Ufa şəhərlərində yaşamışdır. 1993-cü ildən ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayır.

1962-ci ildə Kişinyov Universitetini "Rus dili, ədəbiyyatı və fransız dili" ixtisası üzrə bitirib. 1985-ci ildə SSRİ EA-nın Dilçilik İnstitutunda ümumi dilçilik ixtisası üzrə esperanto mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Kişinyovda Krupskaya adına Respublika Kitabxanasında biblioqraf, Birsk Pedaqoji İnstitutunun və Başqırd Pedaqoji İnstitutunun xarici dillər fakültələrində baş müəllim, Ufa Aviasiya İnstitutunda tərcüməçi, Ufa Mühərrik İstehsalı Zavodunda Reno fransız maşınqayırma şirkətinin mütəxəssislərinin tərcüməçisi, VNİİ-nin neft sənayesi geofizikasında baş elmi işçi və tərcümə bürosu müdiri işləmişdir. Klivlenddə Magic Micro Computers şirkətinin ofis-meneceri və ştatdankənar tərcüməçisi olmuşdur.

Esperanto ilə 1957-ci ildən maraqlanmağa başlamışdır. Müxtəlif bilik səviyyələri üçün üç esperanto dərsliyinin, interlinqvistikaya dair məqalələrin və rəylərin müəllifidir. Esperanto Akademiyasının üzvü, Beynəlxalq Esperanto Assosiasiyasının (, UEA) müxbir üzvü , Esperanto Ədəbiyyat Akademiyasının () üzvü , esperanto dilində nəşr olunan "Monato" jurnalının redaktorlarından biridir. İyirmi il ərzində Rusiyada qiyabi esperanto kurslarının aparıcısı olub və bu kursları 900-ə qədər adam bitirib. Hazırda internetdə esperantoçuların ixtisasartırma kurslarının (, IPKK) aparıcısıdır.

Müxtəlif vaxtlarda Boris Kolker "Esperantoçuların Sovet Gənclər Hərəkatı"nın (, ), "Ufa Esperanto Klubu"nun, "Sovet Esperantoçuları Assosiasiyası"nın (, ), "Sovet Respublikaları Esperantoçuları Birliyi"nin (, ), "Rusiya Esperantoçuları Birliyi"nin (, ) həmtəsisçilərindən və rəhbərlərindən biri, SSRİ-də və Rusiyada esperanto təhsili məsələləri üzrə müvəkkil, "Esperantoçuların Ümumdünya Gənclər Təşkilatı"nın ( komitə üzvü, "Esperantoçuların Ümumdünya Gənclər Təşkilatı|]]" üzvü (1959-cu ildən), "Ümumdünya Esperanto Assosiasiyası"nın (, ) komitə üzvü və SSRİ respublikalarında baş müvəkkili (), "Esperanto Beynəlxalq İmtahan Komissiyası"nın vitse-prezidenti olmuşdur. Esperantoçuların bir çox ümumdünya konqreslərində məruzə ilə çıxış etmişdir (1963-cü ildə Sofiyada təşkil olunan 48-ci konqresdən başlayaraq), 2000-ci ildə Tel-Əvivdə təşkil olunan 85-ci konqresin koordinatorlarından olmuşdur.

Əsas işləri

Namizədlik dissertasiyası Вклад русского языка в формирование и развитие эсперанто (). Москва: Академия Наук СССР, Институт языкознания, 1985. — 23 с. (Автореферат диссертации).

Esperanto dərslikləri http://e-novosti.info/forumo/viewtopic.php?t=4103 Учебник языка эсперанто. Основной курс. () Эсперанто за 16 дней. Экспресс-курс. () . Углубленный курс эсперанто и путеводитель по эсперантской культуре. () Международный язык эсперанто: полный учебник (2-е издание). ()

Lüğət Эсперанто-русский словарь: ок. 3000 слов. — Москва: Импэто, 1993. — 53 с. ISBN 5-7161-0002-3.

Məqalələr . — En: Festlibro por Humphrey Tonkin. Rotterdam: UEA, 2010. NIA Vilnjuso kaj ILIA Jerusalemo  — En: ; (Berlin: Kulturligo de GDR, Centra Laborrondo Esperanto, 1979. — 237 p.) p. 74 — 78. Kontribuo de la rusa lingvo al la verba sistemo de Esperanto. — En: Serta gratulatoria in honorem Juan Régulo: II Esperantismo; (La Laguna: Universidad de La Laguna, 1987. — 766 p.) p. 315 — 325. Вклад русского языка в структуру эсперанто — En: Interlinguistica Tartuensis, 3; (Тарту: Тартуский Государственный Университет, 1984. — 182 p.) p. 74 — 108, резюме на эсперанто. Вклад русского языка в лексику эсперанто — En: Interlinguistica Tartuensis, 5; (Тарту: Тартуский Государственный Университет, 1988. — 183 p.) p. 74 — 91, резюме на эсперанто. Pri «Vojaĝo» por la legantoj de «Komencanto»., Komencanto, 2003 (n-ro 3) Lasta artikolo de L. L. Zamenhof pri judaj temoj , Israela Esperantisto, julio 2004 (n-ro 140) Свободная эмиграция из СССР подготовлена в Кливленде (surəti burada: ) Поправка, изменившая нашу судьбу. (surəti burada: )

İstinadlar

Xarici keçidlər Boris Kolker haqqında: Şəxsi səhifəsi Esperanto dərsliyinin yubileyi Bioqrafik məlumatlar

İntervülər: Интервью газете Молдавские ведомости, 2008, 24 октября. Интервью провел Игорь Мельник. Интервью газете Известия-Башкирия, 2008, 5 марта. Интервью провела Лилия Габдрафикова. Формат PDF. 70-летие Бориса Колкера. Часть 1 — Rusia Esperanto-Gazeto (REGo), 2009, junio, No 3. 70-летие Бориса Колкера. Часть 2 — Rusia Esperanto-Gazeto (REGo), 2009, junio, No 3. 50 лет в Эсперантиде.  — Можно послушать интервью, которое провела Лина Чен для Пекинского радио 30-го ноября 2007 г. Ne batali kontraŭ, sed labori por.  — Intervjuo okaze de 65-jariĝo de Boris Kolker (Intervjuintoj: Viktoro Aroloviĉ kaj Garik Kokolija.) — Rusia Esperanto-Gazeto (REGo), 2004, junio, No 3. Pri la historio kaj verkado de la libro, sekretoj de bona klubvivo kaj pri liaj instruistaj spertoj. (Intervjuinto: Katalin Kováts.) — Internacia Pedagogia Revuo, 2002, No 3. Fiera pri sia Esperanto-lando. (Intervjuinto: Doron Modan.) — Israela esperantisto'', 2002, decembro, No 137, p. 25-27. Represita en «Esperanto», 2003, Februaro, No 2. Komenco bona — laboro duona. Intervjuo okaze de la Zamenhof-bankedo en Chicago en decembro, 1997. (Intervjuinto: Andrej Kolganov.)

Distant təhsildə dərslikdən istifadə: Курсы эсперанто для начинающих с использованием уроков «Основного курса» Б. Г. Колкера

Kateqoriya:ABŞ dilçiləri Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Esperantoloqlar Kateqoriya:Esperantoca danışan yəhudilər Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Süni dil yaradıcıları