Berqama () — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 78 km-dir. İlçənin cənubunda Əliağa ilçəsi, şərqində Qınıq ilçəsi və Manisa ili, şimalında Balıkəsir ili, qərbində Dikili ilçəsi, cənub-qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 1,544 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 103,867 nəfərdir.
Antik Perqam şəhəri () ilçənin mərkəzində yerləşir, Zevsın şəhəri sayılırdı, burada tibb və yazı inkişaf edirdi. Perqam antik zamanlarda Misia vilayətinin mərkəzi şəhərlərindən biri idi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İzmir ilinin ilçələri Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri Kateqoriya:Türkiyədəki Qədim Roma arxeoloji abidələri Kateqoriya:Türkiyə şəhərləri