İbn Miskəveyh (; ) — tam adı Əbu Əli Əhməd ibn Məḥəmməd ibn Yaqub ibn MiskəveyhBosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P.; et al., eds. (1993). Encyclopaedia of Islam, Vol. 7: Mif-Naz (2nd ed.). Leiden: E. J. Brill. pp. 143–144. ISBN 9004094199. Retrieved 19 August 2015. olan Büveyhi dövrünün farsMiskawayh. İranika ensiklopediyası. filosofu və tarixçisi. Neoplatonizm fəlsəfəsinin ardıcılı olaraq İslam fəlsəfəsinə təsir etmişdir, əsas fikirlərini əxlaq problemləri üzrə irəli sürmüşdür. Praktik etikaya, davranışa və xarakteri incələşdirməyə diqqət yetirərək "Təhdib əl-Əxlaq" ("Xarakterin incələnməsi") adlı fəlsəfi etikaya dair ilk böyük İslam əsərinin müəllifi idi. Şəxsi etikanı ictimai aləmdən ayırdı və ağılın azad təbiətini aldadıcı çevrəyə qarşı qoyurdu. İbn Miskəveyh dövrünün intellektual və mədəni həyatında görkəmli bir şəxs idi.
Həyatı İbn Miskəveyh, Ziyarilərin nəzarəti altında olan Reydə anadan olub. Ola bilsin öncə zərdüşti olub, sonra İslamı qəbul edib, ya da onun nəsli zərdüşdi olub.
Erkənyaşlarını həyatını Bağdadda keçirib, burada Büveyhi əmiri Muizz əd-Dövlənin vəziri Mühəlləbinin katibi olmuşdur. Orta fars dilini səlis bilirdi, bu dildə bəzi islamdan əvvəlki mətnləri ərəb dilinə tərcümə etmişdi. İllərlə Büveyhi vəziri Əbül-Fəzl ibn əl-Amidlə birlikdə çalışdı. 966-cı ildə bir qrup qazi Rey Kitabxanasına tərəf getdi, ancaq İbn Miskəveyh onu xilas edə bildi. 970-ci ildə Əbül-Fəzl ibn əl-Amidin ölümündən sonra İbn Miskəveyh sonuncu oğlu Əbül-Fəthə xidmət etməyə davam etdi və 975-ci ildə onunla birlikdə Bağdada getdi. Daha sonra katib və kitabxanaçı olaraq çalışdı. Bəzi müasir mənbələr onu Saflıq qardaşları ilə əlaqələndirirdilər. Onlara görə, bu qardaşlığın yazılı mətnlərinin bir qismini məhz İbn Miskəveyh yazmışdı.Nasr, Hossein (1993). An Introduction to Islamic Cosmological Doctrines. SUNY Press. ISBN 978-1-4384-1419-5, page 26.
İbn Miskəveyh 1030-cu ildə İsfahanda vəfat etmişdir.
İbn Miskəveyh və tarixi nəzəriyyə X əsr intellektual inkişafın nəticəsi olaraq, ismaililik fikrinin və şiəlik konsepsiyasının formalaşması bir sıra qüdrətli tarixi əsərlərin yaranmasına təkan verdi. Bu əsərlərin içərisində dini təfəkkürün inkişaf istiqamətlərini özündə daha parlaq əks etdirən fars milli filosofu İbn Miskəveyhin qələminə məxsus "Təcarib əl-üməm" (Xalqların tərcürəbi) əsərini göstərmək olar. Bu əsərdə tarixi mənbələrdə külli miqdarda istifadə olunmamış zəruri informasiya və məlumatların olduğunu qeyd edən müəllif xalqların təcrübəsini oxuculara misal kimi göstərməyə hazırlaşdığını qeyd edirdi. Siyasi tarixi fars şahlarının tarixi ilə başlayan ibn İbn Miskəveyh əsəri fars imperiyasının məğlubiyyəti ilə davam etdirir. Dünya tarixinin ayrı-ayrı dövrlərinə və müxtəlif ölkə və xalqların tarixinə toxunan alim hər zaman tarixi hadisələri fars tarixi ilə bağlamağa cəhd göstərir. Ümumiyyətlə, X əsr müsəlman tarixi məktəbinin inkişafı və püxtələşməsi bilavasitə islam dininin siyasi səhnədə hakim mövqe tutması və Abbasilər xilafətinin çiçəklənməsi ilə bağlı idi.
Fəlsəfəsi Fərabinin fəlsəfi ideyalarından təsirlənən İbn Miskəveyhin müəllimləri arasında İbn Sina da var idi. Əsasən siyasət və əxlaq fəlsəfəsi ilə məşğul olan İbn Miskəveyh Platon və Aristotelin fəlsəfi təlimlərini islam ehkamları ilə uzlaşdırmağa cəhd göstərmişdir.حمد محمود صبحي. الفلسفة األخالقية في الفكر االسالمي. االسكندرية: دار المعارف، 2002 s. 310. İbn Miskəveyhə görə, dinlə fəlsəfənin əksliyi mümkün deyildir. O, bu iddianı isbatlamaq üçün bəzi müddəalar səsləndirmişdir. Bu müddəalardan birinə görə, böyük yunan filosofl ari təkallahlılıq ideyasına əhəmiyyət verdikləri üçün onların təlimləri islam monoteizmi ilə ziddiyyət təşkil etmir:. İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998–2009, c. XX, s. 204.
İbn Miskəveyh onu da iddia edirdi ki, din və fəlsəfə həqiqətə dair biliyin mənbələri olduqları üçün insanın kamilləşməsinə xidmət edirlər.Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 142.
İbn Miskəveyhin yaradıcılığında din və fəlsəfə problemi ilə əlaqəli üç məsələnin: Allahın varlığının isbatı, nəfs və peyğəmbərlik məsələlərinin izahına cəhd göstərilmişdir. Bu üç məsələ filosofun "əl-Fövzül-əsğər" (Kiçik emanasiya) adlı məşhur əsərində müzakirə olunur.Altıntaş Ramazan. İbn Miskeveyhin adalet anlayışı // C. Ü. İlahiyat Fakültesi Dergisi, Sivas, 1998, № 2, s. 13. Kitabın birinci fəslində zəruri varlıq həm yaranma (hüdus) və "mümkünlük" (imkan) konsepsiyaları, həm də Aristotel fəlsəfəsinin "hərəkət" (hərəkə) kateqoriyası əsasında izah edilir. İbn Miskəveyh hesab edirdi ki, Allahın varlığı həqiqət baxımından açıq-aydındır. Lakin ağıl onu dərk etmək istədikdə günəşi görən göz necə qamaşırsa, ağıl da elə qamaşıb acizləşir. Metafizik dünyanın dərki üçün duyğu orqanları kifayət etmir, odur ki, ağla ehtiyac yaranır. Metafizika ilə hamı məşğul ola bilmir və bu, fəlsəfənin işidir..إسماعيل بن محمد العجلوني الجراحي. كشف الخفاء ومزيل االلباس عما اشتهر من االحاديث على ألسنة الناس. في مجلدين، المجلد االول. دمشق: مكتبة القدسي، 1351 s. 35–40.
Kitabının ikinci fəslində İbn Miskəveyh nəfs probleminin rasional şərhinə çalışır. Filosofa görə, nəfs (ruh) insanın əsasıdır, ağıla istiqamət verir, ölmür, metafizik və maddi varlıqları hərəkət əsasında dərk edir.
İbn Miskəveyh yaradıcılığında peyğəmbərlik konsepsiyasının ümumi cizgiləri digər şərq peripatetiklərində olduğu kimidir. Amma İbn Miskəveyh Fərabidən fərqli olaraq peyğəmbəri filosofdan üstün hesab etmişdir.Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 140. O deyirdi ki, peyğəmbər həqiqətə dair biliyi "fəal ağıl"ın təsiri, təxəyyül və hissetmə qabiliyyəti (intuisiya) ilə əldə edir. Filosof isə eyni üsulla həqiqət haqqında biliyi əldə edir. "…Onların fərqi budur ki, fi losof biliyi duyğulardan başlayaraq aşağıdan yuxarıya – öz fəlsəfi mühakimələri ilə qazanır; peyğəmbər isə onu birbaşa – "fəal ağıl"dan qəbul edir".بن المسكويه. الفوض االصغر. تحقيق:صالح عذيمة. تونس،1987 s. 128. Buna baxmayaraq, eyni yolla həqiqət haqqında biliyin kəsb edilməsi peyğəmbərin gətirdiyi vəhy biliklərinin filosof tərəfi ndən qavranılmasını asanlaşdırır. Odur ki dinlə fəlsəfənin ziddiyyəti mümkün deyildir. Buradan görünür ki, İbn Miskəveyh peyğəmbərlik institutunun rasional izahını vermiş, vəhyə ağıl prizmasından baxmışdır.
İbn Miskəveyh dinlə fəlsəfənin bir-biri ilə ziddiyyət təşkil etmədiyini bildirsə də, onların ayrı-ayrı sahələr olduğunu qeyd etməyi unutmamışdır. Yəni, fəlsəfə insan ağlının məhsuludur, din isə ilahi əmr və qadağalardan ibarətdir. Amma fəlsəfədən qədim olduğu üçün din xoşbəxtliyə çatmada əsas və birinci vasitədir.
Hekayət Deyilənlərə görə, İbn Sina cavanlıqda çox lovğa və təkəbburlu imiş. Bir gün tələbə İbn Sina öz ustadı İbn Miskəveyhin dərs otağına daxil olur, şagirdlərin gözü qarşısında bir kürə fiqurunu ustadın qabağına atıb deyir:
İbn Miskəveyh isə heç nə olmamış kimi, tam aramlıqla özünün yazdığı "Əxlaq" kitabını İbn Sinaya tərəf uzadıb belə söyləyir:
Bu sözlər İbn Sinaya elə təsir edir ki, peşman olub təkəbbürü birdəfəlik kənara qoyur.
Başlıca əsərləri Təhzibul-əxlaq və təthirul-əraq. Əl-Fövzül-əsğər. Kitabul-Həvamil vəş-şəvamil. Əl-Hikmətül-xalidə-cavidani-hirəd. Kitabus-səadə. Risalə fi mahiyyətil-ədl. Risalə fil-ləzzəti vəl-əlami fi cəvhərin-nəfs. Əcvibətün və əsilətün fin-əfsi vəl-əql. Kitabül-əql vəl-məqul.
Mənbə
İstinadlar
Xarici keçidlər Muslim Philosophy/Ibn Miskawayh Unesco (PDF) Britannica
Kateqoriya:İran tarixçiləri Kateqoriya:Fars filosoflar Kateqoriya:İslam filosofları Kateqoriya:Ərəb tarixçilər